Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub

12 Mart, 2026 - 11:33
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə Respublika fənn olimpiadasının final turunda iştirak etmək hüququ qazanan kənd məktəblərindən biri daha çox fərqlənib.

Bu barədə "Azərbaycan müəllimi"nə idarədən məlumat verilib.

Bu şagirdlərin 7-sı Neftçala rayonu Z. Əsgərov Aşağı Surra kənd tam orta məktəbində təhsil alır.

Məktəbin şagirdləri Əhlinaz Abdizadə və Aysun Nədiyeva Azərbaycan dili və ədəbiyyat, Hüseynağa Cavadlı riyaziyyat, Zeynəb Sadıqlı coğrafiya, İbrahim Babayev, Nərmin Həsənova və Nuray Quluzadə kimya fənni üzrə olimpiadanın finalında iştirak edəcəklər.

Qeyd edək ki, bu məktəb bir neçə ildir ki, Respublika fənn olimpiadalarında ən yaxşı nəticə göstərən kənd məktəbləri üzrə siyahıya liderlik edir.