Nəticələr uğurlu olarsa, təmayül modelini daha geniş tətbiq edə bilərik - Emin Əmrullayev
"Yeni tədris ilində əsas istiqamətlərdən biri təmayüllü siniflərin fəaliyyətinin genişləndirilməsidir. Bu il 90 məktəbdə təmayül tədris modeli tətbiq ediləcək”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri E.Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, yeni təmayül tədris model şagirdlərin daha yaxşı nəticələr göstərməsinə imkan yaradacaq və valideynlər üçün də müəyyən mənada dəstək olacaq:
"Nəticələr uğurlu olarsa, yeni təmayül tədris modelini daha geniş şəkildə tətbiq edə bilərik”.




