Xəbər lenti

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

25 mart, 15:00

Daşdəmirbəylidə məktəbəqədər təhsil: Uşaqlar üçün yeni fürsətlər

25 mart, 11:00

MDU-nun tələbəsi "Bosch"un saytında boşluq aşkarladı

Pedaqoji yazılar

Daha çox göstər
Görülməyəcək işlərin siyahısı da vacibdir
14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

Tarixi məlumatlara görə, Leonardo da Vinçinin görüləcək işlər siyahısına Milanın və ətraf ərazilərin ölçülərinin hesablanması, timsah çənəsinin təsviri, Tomas Edisonun siyahısına süni fil sümüyü yaratmaq, uzun məsafəli standart telefon ötürücüsü dizayn etmək kimi məsələlər daxil idi.Yəni görüləcək işlərin siyahısının tutulması əsrlər boyu istifadə olunan texnikadır.Bu texnika vaxta qənaət etməyin, iş yaddaşını təmizləməyin ən yaxşı üsulu sayılır. Uğur qazanmaq üçün təhsilalanlara verilən tövsiyələrdən biri də edilməli işlərin siyahısının (to do list) tutulmasıdır. “Azərbaycan məktəbi” bu mövzu ilə bağlı tövsiyələrə bir neçə dəfə toxunub. Bugünkü yazımız isə həm edilməli, həm də edilməməli işlərin siyahısının (not-to-do list) hazırlanması ilə bağlıdır.Əslində, belə bir universal “not-to-do list” amerikalı sahibkar və şəxsi inkişaf üzrə təlimçi Tim Ferrissin kitablarında təqdim olunub.Tim Ferriss indiyədək 40-dan artıq dilə tərcümə olunmuş “4 saatlıq iş həftəsi” kitabı (The 4-Hour Work Week: Escape 9-5, Live Anywhere, and Join the New Rich) sayəsində tanınır.Tim Ferrissin kitab və podkastları daha çox iş adamları üçün nəzərdə tutulsa da, təhsildə uğur qazanmaq istəyənlər də bunlardan yararlana bilər.Ferrissin tövsiyələrindən bəziləri aşağıdakılardır:Tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməyin. Həm bu zənglərə ayrılan vaxt, həm də danışıqdan sonra yayınmış diqqətin bərpası vaxt itkisidir.Axşam yatmazdan əvvəl və səhər oyanan kimi e-poçtunuzu yoxlamayın. Yatmazdan əvvəl e-poçtla işləmək beyni məlumat və emosiyalarla "yükləyə" və yuxusuzluğa səbəb ola bilər. Səhər e-məktublara verilən cavablar və reaksiyalar günlük planlarınızı dəyişə bilər. E-poçtunuzu daim yoxlamayın, adətən, təcili mesajlar üçün mesencerdən istifadə olunur. Məktubları oxumaq və onlara cavab vermək üçün ayrıca vaxt blokları ayırmaq daha yaxşıdır. Məsələn, məktublara gündə iki dəfə - saat 10 və 16-da cavab verməyi vərdiş halına salın.Dərsə başlamazdan öncə telefonu ya söndürün, ya da kənara qoyun. Ekranda görünən hər işıltı və ya səs sizin fikrinizi toplamağınaza mane olacaq.Konkret mövzu və tarix göstərilməyən görüşlərə razılaşmayın. Hansısa mövzu ilə bağlı tədbirlərə qatılanda müzakirə üçün mövzunu və sualların siyahısını əvvəlcədən istəyin. Bu sizə mövzu haqqında düşünməyə və konkret cavablar hazırlamağa imkan yaradar.İnsanların əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmasına icazə verməyin. Bu, dost və həmkarlarınızla qeyri-rəsmi münasibətlərdən imtina etmək demək deyil, həqiqətən məşğul olduğunuz zaman nəzakətlə sərhədlər təyin etmək bacarığıdır. Məsələn, deyin ki, 30 dəqiqə ərzində vacib bir tapşırıq üzərində işləməlisiniz.Həddindən artıq işləməkdən və daimi məşğulluqdan qaçın. Əgər sizin ardıcıl olaraq vaxtınız yoxdursa və bundan şikayətlənirsinizsə, bu, sadəcə olaraq prioritetlərinizin olmadığını göstərir.24/7 “rəqəmsal boyunduruğundan” uzaqlaşmaq, ən azı həftədə bir dəfə özünüzə “rəqəmsal detoks” imkanı vermək olduqca faydalıdır .Bəs təhsilalan, müəllim və ya valideyn özü üçün etməli olmadıqlarının siyahısını necə yarada bilər?Burada əsas məqam odur ki, hansısa yeni fəaliyyət planlaşdırarkən ilk növbədə artıq gördüyümüz işlərin siyahısını yazmalı, sonra bu siyahıdan nələri çıxara biləcəyimizi düşünməliyik. Yalnız bundan sonra görüləcək işlərin siyahısını hazırlamalıyıq.T.Ferrissə görə, yeni şeylər və fəaliyyətlər üçün vaxt tapmağın yalnız üç yolu var: bütün mövcud işləri daha sürətli etmək, daha çox tapşırıq yerinə yetirmək və bəzi şeylərdən imtina etmək.Şəxsi inkişaf mütəxəssislərinin bununla bağlı nə məsləhət verdiyinə baxaq.Edilməli olmayanlar siyahısını yaratmaq üçün mütəxəssislər ilk addım kimi prioritetləri müəyyənləşdirməyi təklif edirlər. Bunun üçün təhsildə, ailə münasibətlərində, sağlamlığın qorunmasında hazırda sizin üçün ən vacib olanları aydınlaşdırın. Sizi vacib işlərdən yayındıran amillərin siyahısını tərtib edin. Bu, sosial şəbəkələr, xəbərlərin izlənməsi, ətrafınızdakılarla mənasız söhbətlər ola bilər.Dəqiq qayda və limitlər müəyyənləşdirin, müəyyənləşdirdiyiniz qaydalara əməl edin.Mütəxəssislər görüləcək işlər siyahısı yaratmaq üçün aşağıdakı addımları tövsiyə edirlər:Məqsədlər və prioritetlər müəyyən etməklə başlayın. Başqa sahələrdə nəyə nail olmaq istədiyinizi və bunun üçün lazım olanları aydınlaşdırın.Məqsədlərinizə çatmaq üçün yerinə yetirilməli olduğunuz tapşırıqları müəyyənləşdirin və buna uyğun plan hazırlayın.Bütün görüləcək işləri yazılı şəkildə qeyd edin. Əl ilə yazmağı sevmirsinizsə, planlaşdırma proqramında və ya smartfondakı “qeydlər” qovluğunda görüləcək işlərin siyahısını yaratmaq mümkündür.Hər bir tapşırığın yerinə yetirilməsi üçün son tarix müəyyənləşdirin. Bu, motivasiyanın yüksək qalmasına kömək edəcək.Tapşırıqlar çox böyük görünürsə, onu daha kiçik tapşırıqlara bölün. Bu onun icrasını asanlaşdıracaq.Adekvatlıq – siyahıya çox tapşırıq əlavə etməməyə çalışın. Həddindən artıq yüklənmiş siyahı motivasiyanın itməsinə səbəb ola bilər.Münasiblik – görüləcək işlər siyahısını müntəzəm yeniləyin, tamamlanmış tapşırıqları silin və yenilərini əlavə edin. Bu, dəyişən şərtlərə uyğunlaşmağa kömək edəcək.İcra - planlaşdırılan işlərin öhdəsindən gəlməyə və tapşırıqları vaxtında yerinə yetirməyə çalışın. Bu, əhvalınızı və özünə inamınızı yaxşılaşdıracaq.Görüləcək işlər siyahısı yaratmaq və effektiv şəkildə idarə etmək təcrübə tələb edən bacarıqdır. Bunun üçün smartfonlardakı proqramlardan yararlanmaq olar. Qurğuya “Görülən işlər siyahısı yaradın” əmrini verin, sonra səsli köməkçi sizə prosesin necə getdiyini göstərəcək. Bu köməkçi hətta “yaxşı işlərin siyahısını tərtib et” və ya “təbiəti qorumağa kömək edəcək işlərin siyahısını tərtib et” kimi tematik tələbləri də yerinə yetirə bilər.T.Ferrissin adı çəkilən kitabı da bu prosesə kömək edə bilər. Həmişə yadda saxlamaq lazımdır ki, həm görüləcək, həm də görülməyəcək işlər siyahısı həyatı və öyrənmə prosesini asanlaşdırmaq üçün lazımdır. Bu siyahıların hər biri təhsilalanlara rahatlıq bəxş edir, ən vacib və əhəmiyyətli işləri xatırlatmaq üçün fürsət yaradır.“Azərbaycan məktəbi” jurnalı

Günel Əkbər ilə podkast: Təhsilin zamanla ayaqlaşması

Yüklənir

Günel Əkbər ilə podkast: Təhsilin zamanla ayaqlaşması

Günel Əkbər ilə podkast: Təhsilin zamanla ayaqlaşması. Ətraflı: https://youtu.be/5ns9Q-vbgqQ #TəhsilTV #EduAz #GünelƏkbər ...

28 mart, 19:01
“Multikulturalizm fənni dərsliklərdə əksini tapmayan ictimai hadisələri əhatə edir”

Yüklənir

“Multikulturalizm fənni dərsliklərdə əksini tapmayan ictimai hadisələri əhatə edir”

Multikulturalizm fənni dərsliklərdə əksini tapmayan ictimai hadisələri əhatə edir” Ətraflı: https://youtu.be/KzB9zJ-zNTo #TəhsilTV ...

27 mart, 19:00
Gələcək elmdədir

Yüklənir

Gələcək elmdədir

Gələcək elmdədir. Martın 27-si Azərbaycanda Elm Günüdür. #TəhsilTV #EduAz #ElmGünü #ElmVəTexnologiya ...

27 mart, 09:30
“Məktəblinin arzusu” - İnternat məktəbində oxuyan əkiz qardaşların fərqli peşə arzuları

Yüklənir

“Məktəblinin arzusu” - İnternat məktəbində oxuyan əkiz qardaşların fərqli peşə arzuları

Məktəblinin arzusu” - İnternat məktəbində oxuyan əkiz qardaşların fərqli peşə arzuları #TəhsilTV #EduAz #MəktəblininArzusu ...

26 mart, 20:11

Populyar xəbərlər

Xanım rektor: Karyeramda yüksəlməyimə ilk növbədə elmi fəaliyyətim kömək edib – MÜSAHİBƏ
8 mart, 11:54

Xanım rektor: Karyeramda yüksəlməyimə ilk növbədə elmi fəaliyyətim kömək edib – MÜSAHİBƏ

Azərbaycanda idarəetmədə qadınların iştirakının artması digər sahələr kimi təhsilə də fayda verir. Ölkəmizdə uzun illər rəhbər vəzifədə çalışan qadınlardan biri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Əməkdar memar, “Şöhrət” ordeninə layiq görülən Gülçöhrə Məmmədovadır.Xanım rektor 8 Mart - Beynəlxalq Qadınlar Günündə “Azərbaycan müəllimi”nin qonağı olub.Həyatıma və fəaliyyətimə hər zaman konkret hədəflərlə yanaşmışam– Artıq 50 ildir ki, bağlı olduğunuz təhsil müəssisəsində tələbəlikdən rektorluq pilləsinə qədər yüksəlmisiniz. Tələbəlikdən karyeraya gedən bu yol sizin üçün çətin olmayıb ki? - Tamamilə haqlısınız. Bu universitetlə bağlılığımın çox uzun və dərin tarixi var. Memarlıq fakültəsinə daxil olduğum vaxtdan bütün həyatım bu universitetlə bağlı olub. Tələbəlik illərindən ictimai işlərlə fəal məşğul olmuşam. 1979-cu ildən artıq pedaqoji fəaliyyətə başlamışam. Əvvəlcə kafedrada assistent kimi çalışmışam, daha sonra isə müəllimlik pillələrinin hamısını keçərək baş müəllim, dosent, nəhayət, professor olmuşam. Sonra universitetin rektoru vəzifəsinə qədər yüksəlmişəm. Bu universitetdə müəyyən uğurlar əldə etməyimə və karyeramda yüksəlməyimə, ilk növbədə, elmi fəaliyyətim kömək edib. Çünki universitetdə müəllim kimi uğur qazanmaq istəyirsənsə, elmi fəaliyyətlə məşğul olmalısan, bunsuz mümkün deyil.Pedaqoji fəaliyyətimin ilk illərindən Qafqaz Albaniyasının memarlığını tədqiq etməyə başlamışam. Düşünürəm ki, çox dəyərli alim, professor Davud Axundovun rəhbərliyi altında elmdə müəyyən nəticələr əldə etdikdən və pedaqoji təcrübə topladıqdan sonra rəhbər vəzifəyə təyin olunmağım üçün müəyyən şərait yarandı.Əlbəttə, hər bir insanın həyatında çətinliklər olur. Karyera qurmaq özü çətin prosesdir, amma mənə bu sahədə kömək edən amillərin birincisi universitetin çox sağlam və mehriban kollektivinin olmasıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, kollektiv özü gənclərin yetişməsi üçün əlverişli şərait yaradır. Əgər insanın potensialı varsa və o, zəhmət çəkməyi bacarırsa, burada özünü reallaşdıra bilər.Digər mühüm amil odur ki, mən hər zaman qarşıma qoyduğum məqsədə çatmaq üçün işləmişəm, zəhmət çəkmişəm. Həyatıma və fəaliyyətimə hər zaman konkret hədəflərlə yanaşmışam və nəticə də bu olub.“Mənim üçün boş vaxt keçirmək, əyləncəyə çox vaxt ayırmaq söhbəti belə olmaz”– Azərbaycanın azsaylı qadın rektorlarından birisiniz. Müxtəlif vəzifələrdə çalışmaqdan savayı, Milli Məclisin deputatı kimi də fəaliyyət göstərmisiniz. Sizcə, rəhbər vəzifə qadını necə dəyişir? Bu vəzifələr sizə hansı təcrübələri, yeni keyfiyyətləri qazandırıb?- İki dəfə – 2000-2005 və 2010-2015-ci illərdə Milli Məclisin deputatı olmuşam. Deputat seçilməyimi özüm üçün böyük şans hesab edirəm. Çünki həmin illərdə Azərbaycan ictimaiyyətinə daha yaxından tanınmaq və deputat kimi potensialımı tam şəkildə istifadə etmək imkanı qazandım.Həmin dövr mənim ictimai xadim kimi formalaşmağımda mühüm rol oynadı. Orada çalışdığım müddətdə çox şey öyrəndim. Peşəkar siyasətçi olmasam da, siyasi və ictimai baxımdan ciddi təcrübə qazandım.Rektorluq məsələsinə gəlincə, bu vəzifəyə məni ölkə rəhbəri təyin edib və bu, çox böyük inam, etimad idi. Bütün bu illər ərzində çalışmışam ki, etimadı doğruldum. Bacardığım hər şeyi etmişəm ki, universitetə xeyir verim, təhsil sistemimizə və ümumiyyətlə, ölkəmizə fayda verim.Dəyişikliklərə gəldikdə, vəzifə insanda, ilk növbədə, məsuliyyət hissini daha da artırır. İnsan getdikcə daha çox iş görmək məcburiyyətində qalır. Bu vəzifəmi yerinə yetirmək üçün öz üzərində daha çox çalışmalısan. İşlər çoxaldıqca onları nizamlamaq, sistemli şəkildə həyata keçirmək bacarığı da formalaşır. Əlbəttə ki, mənim üçün boş vaxt keçirmək, əyləncə və istirahətə çox vaxt ayırmaq söhbəti belə olmaz. Belə bir iş rejimində vaxtın səmərəsiz keçirilməsi mümkün deyil. Həm işdə, həm evdə zamanı ən faydalı şəkildə dəyərləndirirəm. Universitetdə işlər universitetin inkişafına yönəlməlidir, evdə isə fərqli məsələlərlə məşğul olmaq lazımdır.– Adətən, inşaat sahəsi üzrə ixtisaslara kişilər meyil edirlər. Rəhbərlik etdiyiniz universitetdə bu sahədə disbalans müşahidə edilir?– Bəli, əvvəllər ənənəvi vəziyyət belə idi: Texniki ixtisaslara qızlar daha az, oğlanlar isə çox gəlirdilər. 2000-ci illərin əvvəlində tələbələrin təxminən 20-25%-i qız, qalanları oğlan idi. Sovet dövründə bu nisbət oğlanların xeyrinə daha çox idi. İndi isə cəmiyyətdə dəyişikliklər baş verib. Qadınlarımız daha da fəallaşırlar, onlar üçün ənənəvi sayılmayan ixtisaslara yiyələnməyə çalışırlar. Düşünürəm ki, bu gün qadınların yiyələnə bilməyəcəyi bir ixtisas yoxdur.Ümumiyyətlə, bizim universitetdə qızların sayının artması müşahidə olunur. Bu gün tələbə qızların göstəricisi, demək olar ki, 35%-ə çatıb. Bu kifayət qədər böyük faizdir. Elə fakültələr var ki, qızlar çoxluq təşkil edir. Dizayn, Memarlıq fakültələrində oxuyanların əksəriyyəti qızdır. İnşaatda fakültəsində də tələbələrin təxminən 30%-i qız, qalanları oğlandır. Məncə, bu, çox yaxşı göstəricidir.– Bir xanım olaraq, oğlanların çoxluq təşkil etdiyi universitetə rəhbərlik etməyiniz sizin üçün hər hansı problem yaratmır ki?– Xeyr, məhz bununla bağlı spesifik bir problem yoxdur. Fərqi yoxdur, tələbə oğlan, yaxud qızdır, onların hər biri bizim övladımızdır. Biz də onların təhsili, tərbiyəsi ilə məşğul olmağa çalışırıq. Bizim universitetdə oxuyan oğlanların arasında çox ağıllı, təhsilinə böyük məsuliyyətlə yanaşan, ictimai işlərdə olduqca fəal olanlar var. Belə tələbələr öz karyeralarını quranda da böyük uğurlar əldə edirlər. Böyük məmnuniyyətlə bu cür məzunlarımızla sonradan da görüşürük.“Məncə, qadınların rəhbərlik etdiyi kollektivlərdə ab-hava daha sağlam olur”– İdarəetmədə böyük və uğurlu təcrübəsi olan əsas xanımlardansınız. Səmərəli idarəetmədə kişi və ya qadın fərqi ilə bağlı fikirlərə münasibətiniz necədir? Qadınların rəhbər vəzifələrdə təmsil olunmasının üstünlüyünü nədə görürsünüz, xanımlar bu sahədə baryerlərlə qarşılaşırmı?– Bütövlükdə ölkəmizdə qadınların həm ictimai, həm siyasi fəallığının artmasını müşahidə edirik. Milli Məclisdə deputat qadınların sayı 2 dəfə artıb. Bu, özünü idarəetmədə də göstərir. Bütün bunlar müsbət proseslərdir. Düşünürəm ki, buna yalnız sevinmək lazımdır. Məncə, qadınların da idarəetmə bacarığı kişilər qədər mükəmməl, keyfiyyətlidir. İdarəetmədə olan qadınların müəyyən xüsusiyyətləri bəlkə də kişilərdən üstündür. Məsələn, hesab edirəm ki, hər bir müəssisənin qadın rəhbəri oraya bir ailəsi kimi baxır və çalışır ki, hər şey qaydasında olsun. Məncə, qadınlar öz kollektivlərinə daha çox qayğı göstərir, onların sosial məsələlərinin həllinə çalışırlar. Bu bəlkə də məhz qadının təbiətindən, onun daha mərhəmətli olmasından irəli gəlir. Amma bu, heç də o demək deyil ki, qadın idarəçilərin ciddiliyi, yaxud tələbkarlığı azdır. Bu, qətiyyən belə deyil. Mənə elə gəlir ki, qadın idarəçilərimiz həm qayğını, həm ciddiliyi, həm tələbkarlığı bir yerdə birləşdirə bilirlər və bu, onların gözəl xüsusiyyətidir. Digər tərəfdən, məncə, qadınların rəhbərlik etdiyi kollektivlər daha təmiz olur, onlarda insani münasibətlər daha düzgün qurulur, ab-hava daha sağlam olur. Hər halda mən çalışıram ki, bizim kollektivimizdə belə mühit mövcud olsun. Qadın yaxşı idarəedici olmaqdan ötrü, ilk növbədə, professional olmalıdır. Əgər söhbət universitetdən gedirsə, savadı az olan, ixtisası üzrə güclü olmayanlar ali məktəbdə hansısa bir quruma, kollektivə rəhbərlik edə, hörmət qazana bilməzlər. Daha sonra müəyyən bir elmi səviyyəyə gəlib çatmaq lazımdır. Çünki universitet təhsil və elm mərkəzidir. Ona görə də burada hansısa bir kollektivə, fakültə və ya kafedraya rəhbərlik edən adamın elmi dərəcəsi olmalıdır. Digər tərəfdən, insanlarla işləmək qabiliyyəti, ciddilik, məsuliyyət kimi keyfiyyətlər, təcrübə lazımdır. Bunlar çox vacibdir. Bizim universitetimizdə belə qadınlar çoxdur. Onlar məhz bu göstəricilərinə görə vəzifələrə təyin olunub və ya seçiliblər. Bizdə vəzifələr, əsasən, seçkilidir. Şöbə rəhbərləri təyin olunur, digər vəzifələr – kafedra müdirləri, dekanlar seçilirlər. Universitetin iki prorektoru qadındır və hər ikisi elmlər doktoru, nüfuzlu alimdir. Memarlıq, İqtisadiyyat, İxtisasartırma fakültələrinin dekanları, Xarici vətəndaşlar üçün hazırlıq şöbəsinin rəhbəri qadındır. Universitetin texniki yönümlü olduğunu nəzərə alaraq deyə bilərəm ki, bu say kifayət qədər yüksəkdir. Onlar hamısı gözləntilərimizi doğruldurlar.“Elmi fəaliyyət üçün zamanım azdır”– Rektorluq – idarəetmə ilə daha çox məşğul olmaq elmi fəaliyyətinizə necə təsir göstərir?– Əlbəttə, təsir edir. Hər iki fəaliyyətə eyni dərəcədə qüvvə sərf etmək və eyni səviyyəli nəticə almaq mümkün deyil. Bütün iş günümü, hətta ondan daha da çoxunu universitetə həsr edirəm. Bu iş həm qüvvə, həm məsuliyyət, həm də vaxt tələb edir. Belə olduqda elmi fəaliyyət üçün zaman az qalır. Amma çalışıram ki, elmi fəaliyyət də yaddan çıxmasın. Elmi mövzum çox aktual və maraqlıdır – “Qafqaz Albaniyasının memarlığı”. Mümkün qədər elmi-tədqiqatlarla da məşğul olmağa çalışıram, doktorantlarla işləyirəm.– Elmi fəaliyyətə başladığınız zaman qarşınızda qoyduğunuz bütün hədəflərinizə çata bilmisinizmi?– Elmi fəaliyyətə başlayarkən düşünürdüm ki, bütün alimlərin keçdiyi yolu mən də keçməliyəm. Həmin zaman namizədlik dissertasiyasımı müdafiə etmək mənim üçün qarşıda duran bir məqsəd deyil, bir pillə idi. Bu pillələri adlayıb keçəndən, bilikləri toplayıb elmi dərəcə aldıqdan sonra elmi fəaliyyətlə məşğul olmaq insana zövq verir. Bu, sevdiyin mövzu və sahədirsə, o zaman bu zövq daha da artır və maraqlı olur. Mənim elmi istiqamətim olduqca maraqlı və zövq vericidir.Əvvəllər imkan düşən kimi, vaxtım daha çox olanda rayonlara gedirdim. Oradakı abidələri gəzib tədqiq edir, fiksasiya aparırdım. Bu, mənə Azərbaycanın rayonlarını daha yaxından tanımaq üçün gözəl imkan yaratdı. Üstəlik, rayonlarımız o qədər gözəldir ki, onların təbiəti, mədəni irsi, insanlarların ünsiyyəti adamda çox pozitiv ruh yaradır. Abidələri tədqiq etmək, onları axtarıb tapmaq, xüsusilə də mənim araşdırdığım abidələr kimi - ucqar kəndlərdə, təbiətin qoynunda, dağların başında yerləşən abidələrlə işləmək doğrudan da adama zövq verir. Bu işimi sevgi ilə görürəm.Təəssüf ki, indi buna əvvəlki kimi vaxt ayıra bilmirəm. Buna baxmayaraq, imkan yarandıqca yenə də ekspedisiyalara gedirəm. Bu səfərlər yeni materiallar əldə etməyə və elmi-tədqiqat işi ortaya qoymağa imkan verir. Fiziklər, kimyaçılar laboratoriyalarda eksperimentlər aparır və bu onlara yeni elmi nəticələr əldə etməyə əsas verir. Bizim fəaliyyətimiz isə birbaşa abidələrlə bağlıdır. Biz gərək abidəni görək, onu yerində tədqiq edək, daha sonra isə toplanan materiallar əsasında masa arxasında elmi araşdırmalara başlayaq. Burada həm arxiv materialları, həm biblioqrafiya, həm də illər ərzində toplanmış təcrübə və biliklər bir yerdə sintez olunaraq sonda elmi-tədqiqat işinin ərsəyə gəlməsinə şərait yaradır.“İşğal dövründə tamamilə dağıdılmış və indi Yer üzündə olmayan abidələrimizin siyahıdan çıxarılması məsələsinə baxmaq məcburiyyətindəyik”– Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının sədri kimi hansı işlər görürsünüz?– Ötən ilin sonunda Qarabağdakı alban monastır komplekslərinin ən böyükləri olan Gəncəsər və Xudavəngi görmək üçün səfər etdik. Məqsəd orada baş verən dəyişikliklərlə tanış olmaq idi. Təəssüf ki, mənzərə üzücüdür. İşğal dövründə ermənilər xristian dini abidələrə qeyri-peşəkar və bərpa prinsiplərinə zidd müdaxilələr edərək onları erməniləşdirməyə çalışıblar. Bərpa işləri müasir standartlara uyğun aparılmayıb, yeni tikililər əlavə edilib, fərqli materiallardan istifadə olunub. Buna görə də mən bu işləri dırnaqarası “bərpa” adlandırıram. Bütün bunlarla bağlı hazırladığımız arayışı Mədəniyyət Nazirliyinə təqdim etdik. Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası dövlət tərəfindən mühafizə olunan abidələrin mövcud siyahısındakı qeyri-dəqiqliklərə, buraya yeni abidələrin əlavə edilməsi məsələlərinə baxır. Təəssüf ki, işğal dövründə tamamilə dağıdılmış və indi Yer üzündə olmayan abidələrimizin bu siyahıdan çıxarılması məsələsinə də baxmaq məcburiyyətindəyik. Qeyd etməliyəm ki, yalnız işğal ərazisində deyil, digər bölgələrimizdə də bəzi abidələr baxımsızlıqdan dağılıb, yaxud şəhərlərin inkişafı və yenidənqurma prosesləri nəticəsində itib. Hazırda bu məsələləri araşdıran komissiya vasitəsilə ölkəmizdə memarlıq abidələrinin bugünkü vəziyyəti və onların üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq imkanım yaranıb.– Sizcə, işğal dövründə erməniləşdirilən bu abidələrdəki yad elementləri aradan qaldırmaq, onları əvvəlki vəziyyətinə geri qaytarmaq mümkün olacaq? – Ermənilər işğal etdikləri torpaqlarımızda islam abidələrinə qarşı bir siyasət həyata keçiriblər: ya dağıdaq, ya da qoyaq özü dağılsın. Xristian abidələrini isə çalışıblar ki, təftiş etsinlər, özlərinə aid olan müəyyən elementləri, detal və yazıları əlavə etsinlər. Bəzi dəyişiklikləri biz adi gözlə görürük. Amma elələri var ki, onu ilk baxışdan görmək mümkün deyil. Burada hansı dəyişikliklərin edildiyini, tarixi necə dəyişdirdiklərini, hansı kitabədə düzəlişlər edilməsini yaxud çıxarılıb yerinə başqasının qoyulduğunu aşkar etmək üçün uzunmüddətli tədqiqat aparılmalıdır. Bu araşdırma ayrı-ayrı mütəxəssislərin cəlbi ilə aparılmalı, ondan sonra hansı işlərin görülməli olduğuna dair qərar verilməlidir. Mütəxəssislər deyəndə, tək memar deyil, arxeoloqları, dili bilən, yazıları oxuya bilən şəxsləri də nəzərdə tuturam. Bunun üçün işğaldan əvvəlki dövrdə abidələrimiz barədə tam məlumatlı olmağımız lazımdır ki, biz onun kitabəsini də, dekorunu da bilək, hər daşını tanıyaq. Yalnız ondan sonra tam dəqiqliklə deyə bilərik ki, ermənilər kobud dəyişikliklərdən başqa ilk baxışdan görə bilmədiyimiz hansı dəyişiklikləri də ediblər.“Hərdən bir-birimizə deyirik ki, qadın qadını təbrik etməz”– Müsahibəmizin Beynəlxalq Qadınlar Gününə təsadüf etməsini nəzərə alsaq, bunu da soruşmaq istərdik. İndiyə qədər bu tarixdə aldığınız unudulmaz, ən dəyərli hədiyyə nə olub?– Məni təbrik etmək edən çoxsaylı tanışlarım, dostlarım var. Bu bayramın hədiyyəsi, ilk növbədə, güldür.- Bəs bu bayramda siz özünüz, ilk növbədə, kimi təbrik edirsiniz?- Əlbəttə, hər bir şəxs, ilk növbədə, anasını təbrik etməlidir. Hələ ana sağdırsa, onun qədrini bilmək, qayğı, sevgi göstərmək mütləqdir.Təəssüf ki, anam indi həyatda deyil. Bacılarımı, rəfiqələrimi, ölkənin tanınmış qadınları var ki, onları da bu gündə təbrik etməyi özümə borc bilirəm. Düzdür, biz hərdən bir-birimizə deyirik ki, qadın qadını təbrik etməz. Amma bu bayram kiməsə xoş sözlər demək, diqqət göstərmək üçün bir fürsətdir və bundan istifadə etməliyik. Qoy insanlar bir-birinə xoş emosiyalar ötürsünlər, xoş sözlər deməyə xəsislik etməsinlər. Məncə, bunlar savab işlərdir.“Evdə də uşaqların düzgün tərbiyə edilməsinə, dərslərini vaxtında oxumasına xüsusi diqqət yetirmişəm”– Daim təhsil sahəsində fəaliyyət göstərmisiniz, elmlə məşğul olmusunuz. Bəs övladlarınız elmə maraq göstərirlərmi? Onlar sizin təhsilləri və gələcəkləri ilə bağlı gözləntilərinizi doğruldublar?– Övladlarımı heç vaxt nəyəsə yönəltmək fikrində olmamışam. Düşünmüşəm ki, onlar öz seçimlərini etməlidirlər. Bizim sənətlə məşğul olmaq üçün insanda əl qabiliyyəti, bu sahəyə maraq və sevgi olmalıdır. Memar olmaq istəyən şəxsin xüsusi bacarığı və bu sahəyə həvəsi olmalıdır. Buna görə də heç vaxt övladlarımı və ya yaxınlarımı bu sənətə yönləndirməyə çalışmamışam.İki övladım var və hər biri öz seçdiyi sahə üzrə fəaliyyət göstərir. Oğlum neft mühəndisi, qızım isə hüquqşünasdır. Hər ikisinin öz yolu, öz peşəsi var. Onlardan razıyam və düşünürəm ki, onlar da öz həyat yollarını düzgün qurublar və belə də davam edəcəklər.– Zahirən sərt və disiplinli qadın kimi görünürsünüz. Ana kimi sizi necə təsəvvür etmək olar?– Əvvəla, onu deyim ki, xarakterimdə sərtlik var və bunu özüm də hiss edirəm. Ailədə də nizam-intizamlıyam, çünki mən belə insanam. Hesab edirəm ki, işdə bu keyfiyyətlər olmadan uğur qazanmaq mümkün deyil. Düzdür, müasir dünyada fərqli idarəetmə üsulları görürük, amma biz belə öyrənmişik, belə tərbiyə almışıq. Şəxsən mən nizam-intizama və ciddiliyə üstünlük verirəm. Mənə elə gəlir ki, bunlar işdə ən vacib şərtlərdəndir. İnsanın xarakteri dəyişmir, işdə necədirsə, evdə də elə olur. Evdə də qanun-qaydaya riayət olunmasına, uşaqların düzgün tərbiyə edilməsinə, dərslərini vaxtında oxumasına xüsusi diqqət yetirmişəm. Təbii ki, bu, onların uşaqlıq və məktəb illərinə aiddir. Uşaqların boş vaxtlarını düzgün dəyərləndirməsi də mənim üçün hər zaman vacib olub. İnanıram ki, bu onların yalnız xeyrinə olub.

Qəzetin PDF arxivi

Daha çox göstər
15 mart 2025-ci il, №10 (9116)
17 mart, 10:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 09:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 12:09

01 mart 2025-ci il, №08 (9114)

22 fevral 2025-ci il, №07 (9113)
24 fevral, 10:31

22 fevral 2025-ci il, №07 (9113)

15 fevral 2025-ci il, №06 (9112)
17 fevral, 09:41

15 fevral 2025-ci il, №06 (9112)

08 fevral 2025-ci il, №05 (9111)
10 fevral, 09:57

08 fevral 2025-ci il, №05 (9111)

01 fevral 2025-ci il, №04 (9110)
3 fevral, 09:50

01 fevral 2025-ci il, №04 (9110)

25 yanvar 2025-ci il, №03 (9109)
27 yanvar, 09:49

25 yanvar 2025-ci il, №03 (9109)

18 yanvar 2025-ci il, №02 (9108)
21 yanvar, 09:49

18 yanvar 2025-ci il, №02 (9108)

11 yanvar 2025-ci il, №01 (9107)
13 yanvar, 11:35

11 yanvar 2025-ci il, №01 (9107)

28 dekabr 2024-cü il, №48 (9106)
28 dekabr, 10:53

28 dekabr 2024-cü il, №48 (9106)

21 dekabr 2024-cü il, №47 (9105)
23 dekabr, 09:27

21 dekabr 2024-cü il, №47 (9105)

14 dekabr 2024-cü il, №46 (9104)
16 dekabr, 09:37

14 dekabr 2024-cü il, №46 (9104)

07 dekabr 2024-cü il, №45 (9103)
9 dekabr, 09:53

07 dekabr 2024-cü il, №45 (9103)

30 noyabr 2024-cü il, №44 (9102)
2 dekabr, 09:46

30 noyabr 2024-cü il, №44 (9102)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.