EDOO

Xəbər lenti

11 aprel, 12:45

BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb

11 aprel, 12:38

IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

11 aprel, 12:32

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

11 aprel, 11:46

8-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

11 aprel, 11:41

Kimisi üçün sürpriz, kimisi üçün gözlənilən oldu – Ən yüksək bal toplayanlarla söhbət

11 aprel, 11:35

““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib

11 aprel, 11:33

AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru Yeni Klinikada master-klas keçib

11 aprel, 11:05

Dünya üzrə müəllimlər otağı

11 aprel, 10:43

RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? – ARTİ aydınlıq gətirdi

11 aprel, 10:35

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

11 aprel, 10:10

Rektor: Tibb təhsili sahəsində kurikulum məzmununun qurulması hədəflərimizdəndir

11 aprel, 09:34

İnklüziv təhsildən inklüziv cəmiyyətə – BSU-da beynəlxalq konfrans 

11 aprel, 09:21

Gənclər üçün müdafiə sənayesi sahəsində yeni proqrama start verilib

11 aprel, 08:51

Tovuzda halı pisləşən şagirdlər evə buraxılıblarAÇIQLAMA

11 aprel, 08:42

İxtisasınızın tanınıb-tanınmayacağını necə müəyyən edə bilərsiniz? – TKTA açıqladı

11 aprel, 08:24

Qarabağ Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

11 aprel, 08:00

5 yaşında məktəbə, 17 yaşında zirvəyə – Nəzrinin uğur hekayəsi

11 aprel, 07:55

Gəncə Dövlət Aqrar Kollecində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

11 aprel, 07:11

Müəllimlik fəaliyyətinə yeni başlayanların hansı çətinlikləri olur? – SORĞU

11 aprel, 07:05

ADA-da VI Beynəlxalq Süni İntellekt və Big Data Forumu başlayıb

Pedaqoji yazılar

Daha çox göstər
Leitner sistemi ilə daha asan öyrənin
7 aprel, 06:03

Leitner sistemi ilə daha asan öyrənin

Neyrologiya təqdiqatçıları bildirirlər ki, unutmaq öyrənməyin təbii bir hissəsidir. Ancaq məlumatın yaddaşınızda daimi qalmasını istəyirsinizsə, Leitner sistemi ilə öyrənməyə başlamalısınız. Böyük Britaniyanın York Universitetinin araşdırmasında bu sistem həm də fasiləli təkrarlama metodu kimi təqdim edilir.Yeni məlumatları fasiləli təkrarlarla öyrənməyi nəzərdə tutan sistem 1970-ci illərdə alman jurnalist Sebastian Leitner tərəfindən icad edilib. Leitner sistemində sizə qeydlər üçün kiçik kağızlar və bir neçə qutu lazım olacaq. Öyrənilməli məlumatlar kiçik kağızlara yazılır və birinci qutuya yerləşdirilir. İstifadəçi verilən məlumatları yadda saxlamağa çalışır. Yadda qalan məlumat yazılan kağız ikinci qutuya, xatırlanmayanlar isə yenidən birinci qutuya qoyulur. Müəyyən bir müddətdən sonra qutulardakı məlumatlar yenidən yoxlanılır. Yadda qalmayanlar yenidən birinci qutuya, yadda qalanlar növbəti qutulara yerləşdirilir. Bu sistemi istənilən sayda qutu ilə reallaşdırmaq olar. “MindEdge” saytının məqaləsində qeyd edilir ki, Leitner texnikası öyrənmək istəyən hər kəs, xüsusən də təhsilalanlar üçün olduqca uyğundur. Orta məktəb şagirdi və ya tələbə olmağınızdan asılı olmayaraq, bu metod öyrənmək prosesini asanlaşdıracaq. Məlumdur ki, bir mövzunu öyrənməyin ən yaxşı yolu onun müntəzəm təkrarıdır. Bu baxımdan, Leitner təsirli texnika sayılır.Leitner sistemi çox müxtəlif informasiyaları öyrənmək və yadda saxlamaq üçün istifadə edilə bilər. Onun ən çox istifadə sahələri aşağıdakılardır:– Əcnəbi dillər: söz ehtiyatı, qrammatik qaydalar, feili birləşmələri, frazeoloji ifadələrin əzbərlənməsində, mətn oxmaq, şifahi dil və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsində idealdır.– Kurslar: tarix, riyaziyyat, təbiət elmləri və digər sahələr üzrə kurslarda anlayışları, terminləri və düsturları yadda saxlamaq üçün istifadə edilə bilər.– Peşəkar bacarıqlar: tibbi terminologiya, hüquqi mətnlər, kodlaşdırma dilləri və başqa peşəkar sahələrdə istifadə olunan xüsusi biliklərin mənimsənilməsində faydalıdır.– Ümumi məlumatlar: tarixi hadisələr, coğrafi məlumatlar, elmi kəşflər və digər ümumi informasiyaları yaddaşda saxlamaq üçün istifadə edilə bilər.– Şəxsi inkişaf: şəxsi inkişaf kitablarından əldə edilən məlumatlar yeni vərdişlərin formalaşmasına və inkişafına, həm də hədəflərə çatmağa təkan verə bilər.– İncəsənət və bədən tərbiyəsi bacarıqları: sistem musiqi alətlərində ifa etmək, rəsm çəkmək və ya yeni idman növünü öyrənmək kimi bacarıqların mənimsənilməsində faydalıdır.Leitner sistemi, yəni fasiləli təkrarla öyrənməyin mərhələləri:– Öyrənmək istədiyiniz məlumatı müəyyənləşdirin. Bu yeni mövzu, əzbərləmək istədiyiniz sözlər siyahısı, düstur və ya başqa bir şey ola bilər.– Seçdiyiniz məlumatları yadda saxlayn. Oxumaq, dinləmək, qeydlər aparmaq və ya beyin xəritəsi yaratmaqla müxtəlif öyrənmə üsullarından istifadə edə bilərsiniz.İlk təkrara başlayın:• Məlumatı öyrəndikdən sonra onu dərhal təkrarlayın (10-20 dəqiqə ərzində). Bu təkrar məlumatın qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülməsinə kömək edir.Təkrarlanma diapazonlarını genişləndirin:– Hər təkrara əvvəlkindən daha uzun fasilələrlə başlayın. Məsələn, ilk təkrarı 10 dəqiqədən sonra, ikincini 1 gündən sonra, üçüncünü 4 gündən sonra, dördüncünü isə 7 gündən sonra edə bilərsiniz.Öyrəndiklərinizi yoxlayın: – Hər dəfə nə qədər məlumatı xatırladığınızı yoxlayın. Bu, fləş-kartlar, viktorinalar və ya özünüzə verdiyiniz suallar vasitəsilə ola bilər.– Məlumatı dəqiq xatırlaya bilmirsinizsə, təkrarlama intervalını qısaldın və təkrarların sayını artırın. Təkrarlar edərkən aşağıdakıları nəzərə almaq vacibdir:– Təkrarlamanı ardıcıl yerinə yetirmək üçün diqqətli olun.– Məlumatın çətinlik səviyyəsinə və öz öyrənmə tərzinizə uyğun olaraq təkrarlama intervallarının sayını tənzimləyin.– Müxtəlif öyrənmə üsullarından birlikdə istifadə edin.– Özünüzü motivasiya etmək üçün kiçik mükafatlar verin.Fasiləli təkrarlama metodundan istifadə etməyin daha təsirli yolu bu üsula uyğun tətbiqlərdən istifadə etməkdir. Fasiləli təkrarlara imkan verən mobil və masaüstü proqramlar belə alqoritmlərdən istifadə edərək zəif xatırladığınız məlumatı daha tez-tez, yaxşı bildiyiniz məlumatı daha az xatırlatmaqla bu məlumatı nə vaxt təkrarlamalı olduğunuzu müəyyənləşdirməyə imkan verir. Həmin tətbiqlərə nümunə olaraq aşağıdakıların adını çəkmək olar:• Anki• Memrise• Quizlet• SuperMemo2 və s.Bir çox məşhur texnikalarda olduğu kimi, Leitner sisteminin də üstünlükləri və müəyyən mənfi tərəfləri var.Sistemin üstünlükləri:• Məlumatın uzunmüddətli yaddaşa ötürülməsinə imkan verir.• Təkrarlama intervallarını optimallaşdıraraq öyrənməni sürətləndirir.• Motivasiya və öyrənmək istəyini artırır.• Vaxtın idarə edilməsini və iş intizamını yaxşılaşdırır.Bu texnikanın çatışmazlıqları aşğıdakılardır:• İlkin quraşdırma və redaktə üçün vaxt tələb edir.• Prosesə olduqca intizamlı yanaşmaq lazımdır.• Bu sistem bütün məlumat növləri üçün uyğun olmaya bilər.Beləliklə, Leitner texnikası təhsilalanlara nə vəd edir? Öyrənməyi asanlaşdırır.Səhvləri aşkarlamağa imkan verir.Biliyi uzunmüddətli perspektivdə beyində qalıcı edir.Dərs və tapşırıq etməyi vərdişə çevirməyə təkan verir.Anlama bacarıqlarını təkmilləşdirir.Mövzunu tam təfərrüatı ilə öyrənməyə imkan verir.Çətin görünən mövzuları daha anlaşılan edir.Bir mövzunu nə qədər yaxşı bildiyinizi təhlil etməyə kömək edir.Leitner texnikası ilə uğurlu olmaq daha çox təhsilalanın fərdi səyindən asılıdır. Hər kəs özünə qarşı obyektiv olmağı bacarmalıdır. Qutudakı məlumatları dəqiq xatırladığınızdan əmin deyilsinizsə, onu heç vaxt növbəti qutuya atmamalısınız.Öyrənilən məlumat hansı intervalla yoxlanılmalıdır?Bunun üçün xüsusi qayda yoxdur. Bunu nə qədər çox etsəniz, bir o qədər yaxşı xatırlayacaqsınız, amma unutmayın ki, bu, həm də daha çox vaxt aparacaq. Unutmayaq ki, hər kəsin fərqli öyrənmə tərzi ola bilər. Bizim təqdim etdiyimiz sistem bu prosesdə faydalı alətlərdən biridir.“Azərbaycan məktəbi” jurnalı

“İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” konfransı

Yüklənir

“İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” konfransı

İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” konfransı Bakı Slavyan Universitetində təşkil olunan ...

11 aprel, 07:07
Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

11 aprel, 05:44
"360 dərəcə təhsil" - Uşaqların birinci sinfə qəbulu ilə bağlı sualları cavablandırırıq - #CANLI

Yüklənir

"360 dərəcə təhsil" - Uşaqların birinci sinfə qəbulu ilə bağlı sualları cavablandırırıq - #CANLI

"360 dərəcə təhsil" - Uşaqların birinci sinfə qəbulu ilə bağlı sualları cavablandırırıq - #CANLI Məktəbəqədər və Ümumi Təhsil üzrə ...

10 aprel, 23:29
Günel Əkbər ilə podkast: Müəllimlərin qarşılaşdığı çətinliklər

Yüklənir

Günel Əkbər ilə podkast: Müəllimlərin qarşılaşdığı çətinliklər

Günel Əkbər ilə podkast: Müəllimlərin qarşılaşdığı çətinliklər. #TəhsilTV #EduAz #MüəllimÇətinlikləri #TəhsilMetodikası ...

10 aprel, 16:00

Populyar xəbərlər

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı elan edilir
4 aprel, 13:01

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı elan edilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət olan komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatını elan edir. “Azərbaycan müəllimi” xəbər verir ki, canlı final oyunu Bakı şəhərində 27 apreldə keçiriləcək. Finalda maksimum 30 komanda iştirak edəcək. Müraciət edən komandaların sayı bu rəqəmdən artıq olsa, onlayn seçim turu 22 apreldə təşkil olunacaq.Kimlər iştirak edə bilərlər?Bütün məktəb, lisey və kollec işçiləri iştirak edə bilərlər. Yaş limiti yoxdur. İştirak üçün uyğun yaş qrupuna aid 6 nəfərdən ibarət komanda təşkil olunmalıdır (1 nəfər kapitan + 5 oyunçu). Yarışa qeydiyyat necə aparılır?Komandaların qeydiyyatı onlayn aparılır. Komanda üzvlərin bir təhsil müəssisəsindən olması mütləq deyil. Qeydiyyat üçün son tarix – 20 aprel saat 18:00-dır. Bütün qeydiyyatdan keçən komandaların kapitanlarına 21 apreldə qeydiyyat vaxtı göstərdikləri elektron ünvanlarına məktub göndəriləcək. Həmin məktubda oyuna qoşulma qaydaları izah olunacaq. Əgər 21 aprel 23:59-dək kapitan elektron poçt qutusunda bizdən cavab görmürsə, deməli ya: • Qeydiyyat formasında imeylin yazılışında hərf səhvləri var;• İmeyl dolub və əlavə məktublar qəbul etmir;• Cavab məktubu “spam” qovluğuna düşüb.Qeydiyyat üçün seçdiyiniz imeyli əvvəlcədən yoxlayın, onu işlək olduğuna əmin olun. Seçim turu necə olacaq?Qeydiyyatdan keçən komandaların sayı 30-dan artıq olarsa, seçim turu təşkil olunacaq. Seçim turunda bütün qeydiyyatdan keçən komandalar iştirak edə bilər. Seçim 22 aprel saat 21:00-da “Təhsil Oyunları Platformasının” “YouTube” kanalında onlayn keçiriləcək. Seçim 2 tur, hər turda 12 sualdan ibarət olacaq. Əgər bir neçə komanda eyni suala cavab versə, əlavə göstəricilərdən istifadə olunacaq (sualların reytinqi).Final necə keçiriləcək?Final 27 apreldə Bakı şəhərində “Landmark” otelində təşkil olunacaq. Günün ilk yarısında bütün finalçılar “Nə? Harada? Nə zaman?” oyununda iştirak edəcəklər. Qeydiyyat formasını doldurmaq üçün link: https://shorter.me/l_5Gx

Qəzetin PDF arxivi

Daha çox göstər
5 aprel 2025-ci il, №11 (9117)
9 aprel, 12:05

5 aprel 2025-ci il, №11 (9117)

05 aprel 2025-ci il, №11 (9116)
7 aprel, 06:22

05 aprel 2025-ci il, №11 (9116)

15 mart 2025-ci il, №10 (9116)
17 mart, 06:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 05:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 08:09

01 mart 2025-ci il, №08 (9114)

22 fevral 2025-ci il, №07 (9113)
24 fevral, 06:31

22 fevral 2025-ci il, №07 (9113)

15 fevral 2025-ci il, №06 (9112)
17 fevral, 05:41

15 fevral 2025-ci il, №06 (9112)

08 fevral 2025-ci il, №05 (9111)
10 fevral, 05:57

08 fevral 2025-ci il, №05 (9111)

01 fevral 2025-ci il, №04 (9110)
3 fevral, 05:50

01 fevral 2025-ci il, №04 (9110)

25 yanvar 2025-ci il, №03 (9109)
27 yanvar, 05:49

25 yanvar 2025-ci il, №03 (9109)

18 yanvar 2025-ci il, №02 (9108)
21 yanvar, 05:49

18 yanvar 2025-ci il, №02 (9108)

11 yanvar 2025-ci il, №01 (9107)
13 yanvar, 07:35

11 yanvar 2025-ci il, №01 (9107)

28 dekabr 2024-cü il, №48 (9106)
28 dekabr, 06:53

28 dekabr 2024-cü il, №48 (9106)

21 dekabr 2024-cü il, №47 (9105)
23 dekabr, 05:27

21 dekabr 2024-cü il, №47 (9105)

14 dekabr 2024-cü il, №46 (9104)
16 dekabr, 05:37

14 dekabr 2024-cü il, №46 (9104)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.