3 dekabr 2024

Bütün xəbərlər
test
5 oktyabr, 09:35
33

“Təhlillər göstərir ki, inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi təxminən 70 faizi təşkil edir. Eyni zamanda, şəxsiyyətin sosiallaşması amilləri sırasında  da təhsil mühüm yer tutur. Çünki insan biliklə yanaşı, sosial norma və dəyərləri, davranış qaydalarını təhsil prosesində mənimsəyir. Hər bir insanın təhsil hüququ vardır. Qeyd etmək lazımdır ki, təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyası və normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin, bu sahədə ardıcıl dövlət siyasəti həyata keçirilir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

“Milli strategiya kimi formalaşan dövlət təhsil siyasəti Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da gücləndirilib. Bu gün təhsilin inkişafına dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da öz töhfəsini verir. Fondun vəsaiti hesabına respublikamızın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən yüzlərlə orta məktəb, məktəbəqədər təhsil müəssisələri, uşaq evləri tikilib istifadəyə verilib. Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Müəllimlərin bilik və bacarıqlarının yüksəlməsi, əmək haqlarının artırılması istiqamətində mühüm işlər görülür”, - deyə Hicran Hüseynova qeyd edib.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə savadlılıq dərəcəsi 100 faizə yaxındır. 

“Sevindirici haldır ki, oğlanlarla yanaşı, qızlarımız da müxtəlif fənn olimpiadalarında, bilik və idman yarışlarında aktiv iştirak edir. Əlbəttə, onların belə savadlı, bilikli olması, təhsil həyatında aktiv iştirak etməsində müəllimlərimizin böyük əməyi var. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik şərəfli bir sənətdir. Müəllim elm, bilik, mənəviyyat xəzinəsinin qapısını insanların üzünə açır. Onlara təkcə savad vermir, həm də bir şəxsiyyət kimi yetişdirir. Ona görə də müəllim sinfə daxil olan zaman şagirdləri hiss etməlidir, onların daxil aləmlərini duymalı, lazımı dəstəyi göstərməlidir”, - professor Hicran Hüseynova əlavə edib.

Cəmiyyətin inkişafında ailənin və müəllimlərin rolunu önə çəkən millət vəkili deyib: “Mən uğurlu şagirdlərimizdən danışdım, ancaq bununla yanaşı, hələ də təhsildən yayınan,  məcburi əməyə və erkən nikaha məcbur edilən, məktəblərdə bullinqə  məruz qalan uşaqlarımız var. Və qarşımızda dayan əsas məsələlərdən biri də belə neqativ halların qarşısını almaqdır. Burada həm valideynlərin, həm məktəbin, həm də cəmiyyətin üzərinə məsuliyyət düşür. Müəllim və valideyn davamlı olaraq birgə çalışmalıdır. Prezident İlham Əliyev  dəfələrlə çıxışlarında, eləcədə Xankəndi şəhərində Qarabağ Universitetinin açılışı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı da qeyd etdi ki, “İki tərbiyə mənbəyi var: ailə və müəllim”. Və bizim  çox gözəl ailələrimiz var, ailə dəyərimiz həmişə əsas götürülür. Təhsil sistemimiz də  inkişaf edir. Lakin, hazırkı proseslər fonunda biz həm ailələrimizi, həm də gənclərimizi mənfi təsirlərdən qorumalıyıq”.

Professor Hicran Hüseynova müəllimləri təbrik edərək qeyd edib: 

“Vaxtı ilə Ulu öndər Heydər Əliyev deyirdi ki: "Təhsil millətin gələcəyidir! Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Buna görə də müəllimlərimizin, pedaqoqlarımızın üzərinə böyük məsuliyyət düşür. Bir daha bütün müəllimlərimizi peşə bayramları münasibəti ilə təbrik edir, onlara möhkəm can sağlığı, çətin, lakin şərəfli fəaliyyətlərində uğurlar arzulayıram”. 

Lamiyə ƏLİMƏRDANOVA

Xəbər lenti

3 dekabr, 21:04
29

Nazir müavini: Yeni ixtisaslar xüsusi tələblərə cavab verməlidir

3 dekabr, 20:56
20

Çin ibtidai və orta məktəblərdə süni intellekt təhsilini gücləndirəcək

3 dekabr, 19:58
8

ABŞ alimləri beyin dalğalarını skan etmək üçün elektron "döymələr" tətbiq ediblər

3 dekabr, 19:29
23

Özbəkistanda havadan su əldə etmək üçün texnologiya tətbiq ediləcək

3 dekabr, 18:36
21

Rusiya xərçəngə qarşı vaksini 2025-ci ildə sınaqdan keçirəcək

3 dekabr, 16:59
50

Naxçıvanın Təhsil Nazirliyində və rayon təhsil şöbələrində yeni təyinatlar olub

3 dekabr, 16:56
160

Yeni ixtisaslar yaradıldı, bəziləri ləğv olundu – Təfərrüat

3 dekabr, 16:10
14

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

3 dekabr, 15:39
20

Arxeoloqlar Antarktidada qədim şəhərin xarabalıqlarını tapıblar

3 dekabr, 15:25
24

Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 dekabr, 15:21
39

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

3 dekabr, 14:51
26

Kardiff Universitetinin yeni kəşfindən sonra kimya dərslikləri yenidən yazılmalıdır

3 dekabr, 14:34
27

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: "Günahın kimdə olduğu bilinmirdi"

3 dekabr, 14:33
62

Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”

3 dekabr, 14:24
57

Dərsə maraq oyadan “qarmaq”

3 dekabr, 14:15
125

Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub – SƏRƏNCAM

3 dekabr, 14:00
30

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

3 dekabr, 13:48
13

Tümen Dövlət Universiteti ilə Botanika İnstitutu arasında memorandum imzalanıb

3 dekabr, 13:01
23

Zəfərin elm və təhsil təntənəsi

3 dekabr, 12:59
64

Füzuli məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.