4 dekabr 2024

Bütün xəbərlər
test
2 dekabr, 14:22
40

“Uşaq və müəllimlərə bullinqin tərifi, növləri və nəticələri haqqında müntəzəm təlimlər keçirilməlidir. Həmçinin uşaqlar, müəllimlər, valideynlər, xüsusilə məktəb psixoloqları buller və qurbanını müəyyən etməyi bacarmalıdırlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" adlı nəşrdə məktəblərə, cəmiyyətə, dövlətə yönəlik təkliflər bölməsində qeyd edilib.

Bildirilib ki, uşaqlar məktəbdə ya buller, ya bullinq qurbanı, ya da müşahidəçidirlər. Hər üç halda onların bilməli olduqları məsələlər var:

“Məktəb mühiti elə dizayn olunmalıdır ki, uşaqlar özlərini təhlükəsiz, fiziki və psixoloji bullinqdən azad hiss edə bilsinlər. Bunun üçün dəhlizlər, sanitar qovşaqları və məktəbin həyətyanı sahəsi bir daha nəzərdən keçirilməlidir”.

Nəşrdə qeyd edilib ki, uşaqların bullinq hadisələri barədə anonim məlumat verə bildiyi təhlükəsiz rabitə kanalları yaradılmalıdır (məsələn, anonim poçt).

“Bullinqə məruz qalan uşaqlara dəstək olmaq və bullerlərin davranışlarını dəyişdirmək məqsədilə həmin yaş qrupundakı uşaqlar üçün psixoloji dəstək proqramları həyata keçirilməlidir. Bunlar fərdi və qrup terapiyaları, psixoloji sağlamlığı inkişaf etdirən görüşlər, psixoloji özünüdərki artıran seminarlar ola bilər”.

Daha bir təklif isə müəllimlərin bullinqə qarşı müntəzəm təlimlərə cəlb edilməsi ilə bağlı olub. Qeyd edilib ki, müəllimlərin bullinq hallarına müdaxilə bacarıqları təkmilləşdirilməlidir. Onlar nəyin bullinq olduğunu yaxşı anlamalıdırlar ki, özləri də bilmədən uşaqlara qarşı bullinq etmiş olmasınlar. Müəllimlər bullinqin nəticələrini dərindən dərk etsələr, bullinq davranışını digər mənfi davranışlardan ayırd edərlər və bu davranışları adi nadinclik kimi qəbul edib həllini uşaqların öhdəsinə buraxmazlar:

“Məktəbin kollektivi, valideynlər və uşaqlar arasında açıq və effektiv ünsiyyət qurulmalı, bullinqlə bağlı problemlər vaxtında aşkar olunaraq həll edilməlidir. Valideynlərin övladlarına bullinqini məktəb müəyyən etməli, məktəbdə baş verən bullinqi isə valideyn, müəllim və psixoloq ortaya çıxarmalıdır. Bullinqi vaxtında müəyyən etmək bu əməllərin qarşısını almağa kifayə etmir, əlavə olaraq, tərəflərin birgə işi, ahəngdar addımlar atması lazımdır”.

Xəbər lenti

4 dekabr, 11:47
12

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
7

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
14

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir - Emin Əmrullayev

4 dekabr, 11:12
16

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
14

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
11
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
26

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
15

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

3 dekabr, 21:04
60

Nazir müavini: Yeni ixtisaslar xüsusi tələblərə cavab verməlidir

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.