4 dekabr 2024

Bütün xəbərlər
test
3 dekabr, 09:22
46

2025-ci ildə 2-ci dövrü baş tutacaq Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3000 uşağın iştirak edəcəyi gözlənilir. 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən IELS tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir. Tədqiqat 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.

Beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində uşaqlar yenilikçi və oyun əsaslı metodlarla qiymətləndirilir. Uşaqlar planşetlər üzərində oyun əsaslı fəaliyyətləri tamamlayır, müəllimlər, tərbiyəçi-müəllimlər və valideynlər isə uşaqların erkən təhsil təcrübələri, ev mühiti və fərdi xüsusiyyətləri ilə bağlı sorğu suallarını cavablandırırlar. Uşaqlar tapşırıqları təlim keçmiş və təcrübəli test administratorlarının dəstəyi ilə tamamlayırlar.

IELS qiymətləndirməsi uşaqların bacarıqlarını aşağıdakı 4 istiqamət üzrə ölçür:

  1. İlkin savadlılıq
  2. İlkin riyazi bacarıqlar
  3. Empatiya
  4. İcraetmə funksiyaları (inhibisiya, işlək yaddaş, zehni çeviklik)

İlkin savadlılıq və riyazi bacarıqlar
IELS-in ilkin savadlılıq istiqaməti fonoloji şüur və söz ehtiyatı, dinləyib-anlama kimi sahələri əhatə edir. IELS uşaqların yazı və ya oxu biliklərini yoxlamır, amma məktəbdə oxuma bacarıqlarını inkişaf etdirmək üçün əsas olan ilkin bacarıqlara əhəmiyyət verir. Həmçinin ilkin riyazi bacarıqlar sadə problem həlli və məntiqi düşüncə üzərində cəmlənir.

İcraetmə funksiyaları
İcraetmə funksiyaları özündə bir çox bacarığı birləşdirən mürəkkəb bir anlayışdır. İnhibisiya (və ya özünü idarə etmə), zehni çeviklik və işlək yaddaş uşaqların həm koqnitiv, həm də qeyri-koqnitiv tapşırıqlarda uğurla iştirak etmələri üçün vacib rol oynayır. Məsələn, yeni bir oyun öyrənmə nümunəsindən istifadə edərək bu bacarıqların əhəmiyyəti belə izah edilir: oyunun qaydalarını öyrənmək üçün uşaqlar yeni məlumatları yadda saxlamalı (işlək yaddaş), diqqəti oyunun vacib hissələrinə yönəltməli və hərəkətlərini idarə etməli (məsələn, öz növbəsini gözləməli) olurlar.

Empatiya
Empatiya uşaqların emosional sağlamlığının və sosial rifahının mərkəzi bir aspektini təşkil edir və uyğun prososial davranış nümayiş etdirmək üçün vacibdir.

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20December%202024/46fcbaa9-9184-4a45-aa8c-8e4678895909_WhatsApp-Image-2024-12-02-at-17.52.13%20(1).jpeg

Xəbər lenti

4 dekabr, 12:12
4

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
15

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
9

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
17

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
19

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
14

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
12
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
29

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
16

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.