2024-cü ilin fiziologiya və tibb üzrə Nobel laureatlarının adları açıqlandı
Bu gün İsveçdə Nobel həftəsi başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, ilk olaraq İsveç Karolinsk İnstitutu 2024-cü il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.
Karolinska İnstitutundakı Nobel Assambleyasının qərarı ilə 2024-cü il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə” amerikalı alimlər - Massaçusets Tibb Məktəbi Universitetinin professoru Viktor Ambros və Massaschusetts Baş Hospitalının, Harvard Tibb Məktəbinin tədqiqatçısı Qari Ruvkun layiq görülüblər. Nobel Mükafatları Komitəsinin qərarında qeyd olunur:
"Viktor Ambros və Qari Ruvkun müxtəlif hüceyrə növlərinin necə inkişaf etməsi ilə maraqlandılar. Onlar genlərin tənzimlənməsində mühüm rol oynayan kiçik RNT molekullarının yeni sinfi olan mikroRNT-ni kəşf etdilər. Onların təməlqoyucu kəşfi çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün vacib olan gen tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya qoydu. İndi məlumdur ki, insan genomu mindən çox mikroRNT kodlayır. Onların təəccüblü kəşfi gen tənzimlənməsi üçün tamamilə yeni bir ölçü ortaya qoydu. MikroRNA-ların orqanizmlərin necə inkişaf etməsi və fəaliyyət göstərməsi üçün əsaslı əhəmiyyət kəsb etdiyini sübut edir".
Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)