Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb.
Görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsili Nazirliyi arasında birgə proqramların həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Həmçinin 2 ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 /6
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)