Bütün xəbərlər
test
13 noyabr, 17:31

“Təhsil iqlim dəyişikliyinə qarşı mübarizənin ən güclü yollarından biridir. Son illərdə, təhsil sistemimizə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusu diqqət ayırırıq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən "Adaptasiya və Ambisiya kimi Təhsil: Ətraf Mühit Təhsilinə Yeni Yanaşma" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O qeyd edib ki, orta məktəb kurikulumunun islahatı və müəllim hazırlığının gücləndirilməsi ilə yanaşı, bu mövzulara da geniş yer verilib:

“Bütün bunlar şagirdlərimizin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb. Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili, şagirdlərin yaşıl enerji, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır. Bu praktiki tədris, onların  özünəinam qazanmalarını təmin edir. Onları müsbət dəyişikliyin bir parçası olmaq üçün ruhlandırır”.

Nazir müavini əlavə edib ki, hər il keçirilən STEAM Azərbaycan Festivalı bu yanaşmanın gözəl bir nümunəsidir:

“Bu tədbir Azərbaycandan və 10-dan çox ölkədən gənc yenilikçiləri bir araya gətirir. Bu il festivalı iqlim dəyişikliyinə həsr edərək onu "Yaşıl STEAM Festivalı" adlandırdıq və yaşıl enerji, dayanıqlı həllər və ekoloji təşəbbüslər üzərində qurduq”.

Təhsil prosesində əsas rol oynayan müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran Həsən Həsənli hazırda hər bir müəllimin sinifdə iqlim dəyişikliyi mövzusunu inamla tədris etmək üçün lazım olan bacarıq və resurslara sahib olmasını təmin etməyin əsas məqsəd olduğunu bildirib:

“Ali təhsildə isə artıq iqlim həlləri ilə bağlı tədqiqatları təşviq etməyə başlamışıq və bu səyləri xüsusi proqramlarla genişləndirməyə davam edəcəyik. COP29 çərçivəsində, müxtəlif ölkələrdən universitetləri bir araya gətirərək dayanıqlılığın təşviqində lider ola bilmələri üçün müzakirələr aparacağıq”.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.