3 dekabr 2024

Bütün xəbərlər
test
13 noyabr, 20:49
118

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizədə təhsilin roluna dair yüksək səviyyəli görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə təhsilin davamlı inkişafı və ekoloji problemlərin həllindəki əhəmiyyəti müzakirə edilib.

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında təhsilin iqlim dəyişikliyi ilə mübarizədə güclü bir vasitə olduğunu vurğulayıb:

“Məqsədimiz hər bir müəllimin sinifdə iqlim dəyişikliyi mövzusunu inamla tədris etmək üçün lazım olan bacarıq və resurslara sahib olmasını təmin etməkdir”.

Həsən Həsənli Azərbaycanın təhsil sistemində iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusi diqqət yetirildiyini qeyd edib. STEAM təhsilinin uğurla tətbiq olunduğunu və şagirdlərin yaşıl enerji, dayanıqlılıq və texnologiyalarla bağlı layihələr üzərində işləməklə, özünəinam və ekoloji problemlərə həssaslıq qazandıqlarını bildirib:

“Bu il STEAM Azərbaycan Festivalını iqlim dəyişikliyinə həsr edərək ‘Yaşıl STEAM Festivalı’ adlandırdıq”.

Nazir müavini həmçinin ali təhsildə iqlim həllərinə dair tədqiqatların təşviq edildiyini və COP29 çərçivəsində dayanıqlılıq mövzusunda müzakirələrin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, tədbirin məqsədi təhsil sahəsində beynəlxalq əməkdaşlıqla ətraf mühit təhsilini inkişaf etdirmək və iqlim gündəminə töhfə vermək olub.

1 /10

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/1e3cbe24-949e-4017-a388-5334d01f6d1b_1000300800.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/ef59f3d1-a17d-4167-8632-ea124c2c4d2e_1000300776.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/1c1d538c-03a0-4095-9b57-4d0ef19bd4c9_1000300832.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/26694ff3-74e3-4f15-a0c7-6cc10224b936_1000300852.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/b9e7a42d-cafd-4af1-9df8-ec5199b9a731_1000300860.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/12ac7e28-c8db-4f1c-8682-6874dc134f96_1000300884.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/bf4e5cbf-447f-4998-bf0a-446bbbba6c5d_1000300824.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/229d037d-19ad-4eb8-87c9-e5bf91f9edc2_1000300828.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/c86fd22a-dbb8-4602-beed-275b052d039f_1000300820.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20November%202024/9d75194b-7146-4c9d-a362-77422f922855_1000300804.jpg

Xəbər lenti

3 dekabr, 21:04
15

Nazir müavini: Yeni ixtisaslar xüsusi tələblərə cavab verməlidir

3 dekabr, 20:56
12

Çin ibtidai və orta məktəblərdə süni intellekt təhsilini gücləndirəcək

3 dekabr, 19:58
3

ABŞ alimləri beyin dalğalarını skan etmək üçün elektron "döymələr" tətbiq ediblər

3 dekabr, 19:29
19

Özbəkistanda havadan su əldə etmək üçün texnologiya tətbiq ediləcək

3 dekabr, 18:36
18

Rusiya xərçəngə qarşı vaksini 2025-ci ildə sınaqdan keçirəcək

3 dekabr, 16:59
48

Naxçıvanın Təhsil Nazirliyində və rayon təhsil şöbələrində yeni təyinatlar olub

3 dekabr, 16:56
142

Yeni ixtisaslar yaradıldı, bəziləri ləğv olundu – Təfərrüat

3 dekabr, 16:10
14

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

3 dekabr, 15:39
18

Arxeoloqlar Antarktidada qədim şəhərin xarabalıqlarını tapıblar

3 dekabr, 15:25
23

Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 dekabr, 15:21
38

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

3 dekabr, 14:51
23

Kardiff Universitetinin yeni kəşfindən sonra kimya dərslikləri yenidən yazılmalıdır

3 dekabr, 14:34
25

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: "Günahın kimdə olduğu bilinmirdi"

3 dekabr, 14:33
58

Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”

3 dekabr, 14:24
53

Dərsə maraq oyadan “qarmaq”

3 dekabr, 14:15
124

Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub – SƏRƏNCAM

3 dekabr, 14:00
29

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

3 dekabr, 13:48
13

Tümen Dövlət Universiteti ilə Botanika İnstitutu arasında memorandum imzalanıb

3 dekabr, 13:01
23

Zəfərin elm və təhsil təntənəsi

3 dekabr, 12:59
59

Füzuli məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.