Bütün xəbərlər
test
13 noyabr, 13:00

Dünya uşaqlara miras qalacaq. Onların təbiətə münasibəti, ətraf mühitə qayğı ilə yanaşması və iqlim dəyişikliyinə qarşı həssaslığı gələcəyimizin taleyini müəyyən edə bilər. Məktəbəqədər yaşda uşaqlar, təbiətin zənginliyini və onun qorunmasının əhəmiyyətini öyrənərək, bu həssaslığı erkən yaşlardan mənimsəyə bilərlər. Bəs onların iqlimi mühafizə edən və təbiətin dostu olan gələcək nəsillərə çevrilməsi üçün hansı addımlar atılmalıdır? Nə etməliyik ki, onlar sonrakı yaşlarda iqlim dəyişmələrinə qarşı daha həssas olsunlar?

Ötən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iqlim dəyişikliyi ilə mübarizədə təhsilin rolu mövzusu da müzakirə edildi. Burada "RewirEd" Sammitində iqlim dəyişikliyi ilə bağlı təhsil sistemlərinin gücləndirilməsi və gənclərin fəal iştirakı müzakirə edilən mövzulardan biri idi. Tədbirdə UNESCO-nun "Greening Education Partnership" (GEP) təşəbbüsü xüsusi diqqət çəkirdi. Ölkələr arasında əməkdaşlıq artırılaraq təhsil sistemlərinin "yaşıllaşdırılması” hədəf olaraq seçilmişdi. 

Bu əməkdaşlığın davamı olaraq bu günlərdə Bakıda keçirilən COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi qlobal səviyyədə şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının ölçülməsi təşəbbüsünü irəli sürüb. Bu fəaliyyət PISA (Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramı) vasitəsilə həyata keçiriləcək. PISA dünya miqyasında şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən bir proqramdır və təhsil sistemlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

İqlim dəyişikliyi və məktəbəqədər təhsil

COP29 çərçivəsində irəli sürülən bu təşəbbüs məhz bu sualı aktuallaşdırır. İqlim savadlılığının fundamenti necə qoyulmalıdır?

Uşaqların təbiətə sevgisini və iqlim dəyişikliyi ilə mübarizə ruhunu artırmaq üçün müəllimlərdən və valideynlərdən başlayaraq, cəmiyyət olaraq üzərimizə hansı vəzifələr düşür? 

“İqlim böhranının həllində təhsilin rolu əvəz olunmazdır”

“Azərbaycan müəllimi”nin bu mövzuda suallarını Məktəbəqədər sahə üzrə metodist Aynur Əlizadə cavablanırıb.

O qeyd edib ki, iqlim böhranının həllində təhsilin rolu əvəzolunmazdır. Son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq ekologiya, ətraf mühitin qorunması kimi mövzular tədris proqramına daxil edilib:

“Məktəbəqədər təhsil müəssisəsi mərhələli təhsil prosesində ilkin pillə hesab edildiyi üçün iqlim dəyişikliyi ilə bağlı məlumatlandırmaya məhz kiçik yaşlardan başlamaq məqsədəuyğundur. İqlim dəyişikliyi mövzusu uşaqların yaş xüsusiyyətlərinə və normalarına uyğun proqramlaşdırılmalıdır. Tədris proqramlarında əyani və praktiki metodlardan istifadə etməliyik”.

Metodistin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində uşaqlara təbiətə qayğıkeş münasibət aşılanır. Məhz ətraf aləmlə tanışlıq məşğələsində təbiətə aid  ilkin biliklər uşaqlara öyrədilir. Lakin aşağı yaş qrupundan olan uşaqlar gördüklərini, yaşadıqlarını daha yaxşı qavraya bilir deyə, mütəmadi olaraq təbiət qoynunda iməciliklərin keçirilməsi elə kiçik yaşlarından onlarda məsuliyyət hissini formalaşdıra bilər.

Aynur Əlizadə iqlim duyarlılığı mövzusunda təlimatlandırıcı videoçarxlardan, vəsaitlərdən, rollu-süjetli oyunlardan resurs kimi istifadə edilməsinin məqsədəuyğun olduğunu deyib.

O əlavə edib ki, hazırda məktəbəqədər təhsil müəssisələrində iqlim dəyişikliyi və ekoloji təlim resursları lazımi səviyyədə deyil:

“Hazırda məktəbəqədər təhsil müəssisələrində ekoloji tərbiyəyə az yer ayrılır. Ekoloji tərbiyə ilə bağlı valideynlərlə  təlimatlandırıcı söhbətlər aparmalı, valideynlərlə bağçanın əməkdaşlığını təmin etməliyik”. 

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində daha çox biliyə önəm verilir, halbuki tədris, eyni zamanda bacarıqların üzərində qurulmalıdır. Bacarıqlarla bilik vəhdət təşkil etməlidir:

“Məktəbəqədər təhsil müəssisələrində STEAM proqramının tətbiqi bu istiqamətdə çox müsbət nəticə verə bilər. Lakin belə olan halda azyaşlıların maraq dairəsinə və inkişaf dövrlərinə uyğun resurslar da təmin olunmalıdır. İnkişaf etməkdə olan dünyamızda uşaqlarımızı müasir standartlara uyğun təlim etməliyik”.  

İqlim dəyişikliyinə qarşı həssaslıq tərbiyəsinin məktəbəqədər təhsildən başlaması gələcək nəsillərə edilən ən dəyərli sərmayələrdən biri ola bilər. Bu gün bizə əmanət olan uşaqlar, sabahkı dünyanın sahibi və qoruyucusu olacaqlar. Onlara təbiətə sevgi, ekoloji məsuliyyət və iqlim dəyişikliyi ilə mübarizə ruhunu aşılayaraq, gələcəyimizi daha yaşıl və davamlı edə bilərik.

Bunun üçün valideynlərdən, müəllimlərdən və bütövlükdə cəmiyyətdən təxirəsalınmaz bir əməkdaşlıq tələb olunur. Təbiətlə sıx təmasda olmaq, onun gözəlliyini yaşamaq, onu qorumaq. Bunun üçün kiçik addımlar ata bilərik. 

Unutmayaq ki, uşaqlara təbiəti sevməyi öyrətmək, onlara yaşıl və təmiz bir dünya vermək deməkdir.  

Xatırladaq ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı, müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı", "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzularında panellər təşkil ediləcək.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.