Bütün xəbərlər
7 noyabr, 09:58

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı beynəlxalq bazaya daxil edilib. Bu, jurnala beynəlxalq səviyyədə elmi nüfuz qazandırmaqla yanaşı, onun daha geniş auditoriyaya çatmasına və tanınmasına şərait yaradır.

AzMİU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, “Index Copernicus International” (ICI) tərəfindən yayılan məlumatda bildirilir ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı (ISSN: 2519-2507) 2023-cü il üzrə qiymətləndirmə prosesindən uğurla keçərək “ICI Journals Master List” bazasında yer alıb. Jurnalın 2023-cü ildəki fəaliyyəti əsasında onun parametrlər üzrə güc göstəricisi (ICV indeksi) hesablanıb və ICV 2023 göstəricisi 50.57 olaraq müəyyən edilib. Bu göstərici jurnalın elmi səviyyəsi və məzmun keyfiyyətinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

Bununla yanaşı, jurnalın “My Journals” bölməsində hər bir qiymətləndirmə meyarı üzrə əldə olunan xalları əks etdirən ətraflı hesabat təqdim olunub. Bu hesabat jurnalın müxtəlif meyarlar üzrə elmi və texniki keyfiyyətini təhlil etməklə redaksiya heyətinə inkişaf sahələrini müəyyənləşdirməkdə kömək edir.

Jurnalın beynəlxalq nüfuzunu daha da artırmaq məqsədilə “Web of Science”, “Scopus”, “DOAJ” və “ERIH Plus” kimi beynəlxalq bazalarda indeksasiya potensialının araşdırılması üçün xüsusi xidmətlər də təklif olunur. Bu xidmət çərçivəsində jurnala uyğun inkişaf strategiyası hazırlanır və onun beynəlxalq elmi bazalara daxil edilməsi üçün tələb olunan addımların siyahısı təqdim edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məqsədi jurnalı daha geniş elmi ictimaiyyətə tanıtmaq və onun elmi səviyyəsini daha da artırmaqdır.

 

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.