Bütün xəbərlər
test
9 oktyabr, 13:25

Oktyabrın 9-da Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak ediblər. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda təhsil müəssisələrinin inşası, tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən, nazir müavini iki il sonra 150 illiyi tamam olacaq sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib.

Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb.

Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir. Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq. Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə əminliyini ifadə edib.

Vahid Hacıyev sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib.

İllər əvvəl təhsil aldığı məktəbə 31 il sonra direktor olaraq geri dönən məktəb direktoru Şəlalə Qasımlı da çıxışında sevinc hisslərini bölüşüb.

Daha sonra çıxış edən digər qonaqlar sevinc təəssüratlarını bölüşüb və məktəb kollektivinə uğurlar arzulayıblar.

Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub.  

Qeyd edilib ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və 16 nəfər məktəbəhazırlıq qrupu ilə 23 nəfərdən ibarət pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitlər ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

10:05

Bu gün Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günüdür.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2024-2025-ci tədris ilində məktəbdə təhsil alacaq 133 şagird və 16 nəfər məktəbə hazırlıq qrupu ilə 23 nəfər pedaqoji heyət çalışacaq. 
      
Məktəb haqqında ətraflı məlumat verən direktor Şəlalə Qasımlı qeyd edib ki, doğma torpaqlarına geri dönən şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar: tədris ilinin sonuna kimi şagirdlərin sayının 400-ə çatdırılması proqnozlaşdırılır:

"Prezident İlham Əliyev 4 oktyabr 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayonun işğaldan azad olunmasının ildönümündə Cəbrayıl şəhər akademik M.Mehdizadə adına tam orta məktəbin təməlini qoyub. Məktəb binası 960 şagird yerlikdir. Burada hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, geniş idman meydançası tikilib, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir".

Direktor əlavə edib ki, o da 10-cu sinfə qədər bu məktəbdə təhsil alıb:

"Bu məktəb əvvəllər olduğu yerdə inşa edilib. Sevincimin hədd-hüdudu yoxdur. Zamanında şagird kimi çıxdığım məktəbə direktor olaraq qayıtdım. Sözlər ilə ifadə edə bilmirəm".

1 /33

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/069e1a1f-6fe5-4024-9097-666cb293ac3f_22da1aef-c6bb-429a-8dc0-e733d5a729f4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/522bdaa7-d3ea-4bf3-b94a-eb88fdc67324_13e9cea1-a874-427e-a627-f0dd882eaa2b.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/b9733206-fe70-4b36-8717-e334965ae021_sda7053e6bd-4ff6-4518-be00-15da3de58003.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/d1e3bf3d-3750-461b-87d6-3f0560ad8e48_db77a7c1-6af3-4935-a48a-142939299da2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/ca65268f-b321-4d07-99b2-4c9b0c6611c9_c8fbd863-24a3-44b6-b6e0-f6bf0a66802a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/b72ecc15-ceae-48d3-a584-6b3d11faca4c_5a476f46-21d3-41b4-9218-ec3585f65ef8.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/f9107ab0-9f63-43a3-b703-6e9602b3fb55_cc053249-f3c4-4a7f-980d-b8bf9d67b356.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/34b7adb6-ffa3-491f-a064-10d419974636_3b895e1f-f7cb-4863-853d-bf36fb78cd69.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/cbc31a69-f5a3-4ea0-bf08-3b2d013b26b6_2d2e41ad-4a58-40d8-b083-697324173788.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/0b92caf1-ead0-4f3a-8de3-316d0f898067_4d358b80-a911-4440-8632-d88a918e0549.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/c2162065-d60c-4207-9513-28bd24762cde_18a5b561-fca9-43f6-b076-525b8cbbc96a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/393cefe0-b3fb-4865-b235-aca1382c0706_6def3327-9bc1-443c-a451-b3fbd553f71b.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/6d195d49-f166-4acf-9c18-1cacd4d9d1dc_1457e846-a087-4a11-ab7c-a35808d5404f.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/ae3eec36-1ccd-4787-b6cb-b712826c5b2e_6257ec1c-8ed9-411d-ab7d-ef16e687b7e5.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/5ad76bee-dde1-4c28-8a36-b74104b2c0b3_08930060-0ca9-4b55-8d94-a8f3fea40b72.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/062616ad-0fa6-4176-b14c-2b149563a2aa_eba0bf9f-a2b5-4e6e-ad34-b12799315877.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/ce3cd07a-5e0a-4926-a7f9-4e2fde69039c_9f6b117c-2c43-4cd8-b6ce-18fbe5a3db69.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/f692dd9e-68af-4f03-8de8-7ab39d8b0ee1_4c4c214b-6feb-4422-9fbf-afcbba9916f7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/580b2613-3575-48f3-af14-8c145f6f4279_76caff3a-3e62-4660-88b9-9a5af2b7b251.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/a28827d8-2109-40e2-8414-bc6cdcf1e849_f630caa0-ddd3-4522-be94-b4f2bd883d4c.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/04b227ec-410f-4e17-9334-d5f578bd137c_a7b8dd67-041b-4dc3-8124-449f1a3e033a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/af343546-0cf6-482f-b5fd-3dddebc6168e_acbe5b11-c2c5-4801-9b9c-531eb8601152.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/2cb3f9bb-e68a-481f-b68b-a16e8048cd5b_b30fe7db-8436-4cc5-8c55-02ea6ed0712e.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/74e84892-dc1d-4d2a-9c5e-a7219365dda1_bd64da4f-0d2f-4aa8-b5cb-7aa53c0f4c1d.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/9e2aee10-c6e3-4532-b34a-abe290787a39_WhatsApp%20Image%202024-10-09%20at%2011.05.01.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/29b0cb4b-c6f2-4024-9560-b2140039c38a_WhatsApp%20Image%202024-10-09%20at%2011.04.05.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/d62ec3bf-0177-4569-8540-158a79ac94dd_WhatsApp%20Image%202024-10-09%20at%2011.04.01.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/2b555364-dfc0-4a2d-aac4-a4d04df4584c_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.54.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/e22e2405-ed03-4b59-b8db-d189cf85649d_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.53.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/f6cafd5a-c4cf-4fcc-ae0b-6bfb470231fb_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.44%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/a00849a4-764b-4164-8b05-1964a811c36c_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.51.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/978ce153-0390-414a-bcbf-e88d3fecb92c_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.44.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20October%202024/41bcfc87-efb9-4c82-8900-c9aba77dff9f_WhatsApp%20Image%202024-10-09%20at%2011.03.39.jpeg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.