Ceyhun Məmmədov: Cəbrayıl məktəbi əvvəllər mövcud olduğu yerdə qurulub
Cəbrayıl məktəbi əvvəllər mövcud olduğu yerdə qurulub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, biz burada həyatın öz axarına qayıtdığının şahidiyik. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən çox diqqət çəkən məqamlardan biri də yeni məktəblərin tikilməsidir. Şuşada, Füzulidə, Xankəndidə və diğər bölgələrdə, bu gün isə Cəbrayılda məktəbin fəaliyyətə başlaması qürurvericidir:
“Mən də vaxtilə elə məhz bu yerdə mövcud olmuş məktəbdə təhsil almışam. Artıq həmin məktəb yenidən ən müasir formada qurulub. Dünyanın hər yerində belə məktəblər yoxdur. Bu inkişaf buradakı hər bir cəbrayıllını qürurlandırır”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)