Oktyabrın 9-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Məktəbin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi nailiyyətlər, müasir tədris metodları barədə məlumat verən direktor Azər Niftəliyev qeyd edib ki, hazırda təhsil müəssisəsində 162 şagird təhsil alır.
Daha sonra məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə nazir müavini ümumi təhsil müəssisələrinin idarə olunması və tədrisin təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, müəllimlər ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)