Bütün xəbərlər
test
11 oktyabr, 17:00

Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Times Higher Education” (THE) təşkilatı dünyanın ən yaxşı ali təhsil müəssisələrinin qlobal reytinqini (“Times Higher Education World University Rankings 2025”) açıqlayıb. Londonda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində təqdim olunan reytinq sıralaması Azərbaycan ali təhsil sistemi üçün növbəti ilklə xarakterikdir. İlk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın ən nüfuzlu universitetlərinin sıyahısında yer alıb. Beləliklə, sözügedən qlobal reytinqdə Bakı Dövlət Universiteti də daxil olmaqla ümumilikdə Azərbaycanın 2 ali təhsil müəssisəsi təmsil olunur. 

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam edir. Bu tərəfdaşlığın mühüm hədəflərindən biri də ali təhsil müəssisələrimizin qlobal reytinqlər vasitəsilə beynəlxalq tanınmasının artırılmasına nail olmaqdır. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində ali təhsil müəssisələrimiz həm tədqiqatçılıq, publikasiya fəaliyyətlərini, həm də innovativ inkişafa öz töhfələrini verməkdədir. 

Elmi publikasiya aktivliyində, xüsusən Q1, Q2 kvartillərdə irəliləyişlər, keyfiyyətli məqalələrin sayının artması BDU və ADNSU-nun adıçəkilən reytinq sıralamasında görünərliyini artırıb. 

THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edir ki, Azərbaycan universitetləri qlobal reytinqdə əhəmiyyətli irəliləyişlər əldə ediblər ki, bu da bölgənin yeni qlobal tədqiqat, innovasiya və istedad mərkəzi kimi formalaşmasına kömək edir. “Azərbaycan reytinqdə öz nümayəndəliyini iki dəfə artırıb, Asiya Universiteti reytinqdə 1501+ qrupunda debüt edib. Baku Dövlət Universiteti isə eyni qrupda daha yüksək bal və daha yüksək faiz reytinqlə möhkəm yer tutub”.

Qeyd edək ki, BDU təbiət elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat), eləcə də mühəndislik elmləri (kimya mühəndisliyi, geoloji mühəndislik, hidrogeoloji mühəndislik, geofizika mühəndisliyi və s.) üzrə THE-nin "İxtisasların reytinqi" (Subject Rankings 2024) sıralamasında yer almış yeganə ali təhsil müəssisəsidir.

ADNSU reytinqdə 1501+ yerdə qərarlaşıb. ADNSU milli səviyyədə yüksək reytinq əldə edib (=1/2), həmçinin "Tədris" və "Beynəlxalq perspektiv" kateqoriyaları üzrə güclü nəticələr göstərib. Universitet tədris pilləsindəki göstəricisi üzrə 1399, beynəlxalq perspektiv kateqoriyası üzrə isə 1505-ci yeri tutub. Bu reytinq ADNSU-nun qlobal akademik mövqeyini gücləndirmək istiqamətində davam edən səylərinin nəticəsi kimi qiymətləndirilir. 



THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqinə daxil olmasını görmək çox gözəldir. Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər müəyyən edib. Ümid edirik ki, bu qətiyyət ölkənin ali təhsil müəssisələrinin "THE dünyanın ən yaxşı universitetləri"nin reytinqi və "THE İmpact" reytinqində sayının artmasına və mövqelərinin güclənməsinə təkan verəcək".

Qiymətləndirmədə yeni yanaşma

THE builki tədqiqatında ali təhsil müəssisələrinin fəaliyyətinin ən əhatəli qiymətləndirilməsini təmin etmək üçün bütün dünyada kompleks qiymətləndirmə aləti hesab olunan WUR 3.0-dən istifadə edib. Bu metodologiya tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə qarşılıqlı əlaqə və beynəlxalq perspektivlər kimi beş əsas sahə üzrə qurumları qiymətləndirmək üçün diqqətlə təsdiqlənmiş 18 göstəricini əhatə edir. 

Sıralamaya 2092 reytinqli universitet daxildir.  Ötən illə müqayisədə 185 yenilik qeydə alınıb. Ümumilikdə, THE-yə 472.694 universitetdən 2860 məlumat daxil olub. 

Tələbələr, müəllimlər, elm adamları, hökumətlər və sənaye mütəxəssisləri tərəfindən etibar edilən metodologiya elmi məqalələrdən 157 milyon sitata, 18 milyon elmi nəşrə dair məlumatlara əsaslanır.

Reytinqin nəticələri 

Bu il Oxford Universitetinin 9 illik şərtsiz liderliyi də daxil olmaqla bəzi maraqlı tendensiyalar, xüsusən də Britaniya universitetlərinin nüfuz göstəricisinin azalması  müşahidə olunur.

Builki reytinqdə 115 ölkə və regiondan 2000-dən çox universitet yer alıb. Reytinqlər tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, beynəlxalq dünyagörüşü və sənaye daxil olmaqla beş kateqoriya üzrə 18 performans göstəricisi əsasında tərtib edilib.

Əsas nəticələr:

*2025-ci il reytinqi dəyişən qlobal mənzərəni nümayiş etirir, bir çox Avropa universiteti reytinqdə geriləyib, Asiya universitetləri isə qlobal mövqelərini yaxşılaşdırmağa davam edir.

*Türkiyənin reytinqdə təmsilçiliyi sürətlə artıb - 2021-ci ildəki 43-dən 2024-cü ildəki 91-ə yüksəlib və Çinə yaxınlaşıb.

*Oksford ardıcıl doqquzuncu ildir ki, dünyanın ən yüksək reytinqli universiteti kimi öz mövqeyini qoruyub saxlayır.

*ABŞ, Böyük Britaniya qlobal reytinqdə ən yüksək yerləri tutan ölkələrdir. Reytinqin ilk 10-luğu ABŞ və Böyük Britaniya universitetlərindən təşkil olunub.

*Dünyanın ilk 100-lüyünə daxil olan 12 Britaniya universiteti arasında müəllimlik və tədqiqat nüfuzuna görə orta bal ikinci il ardıcıl olaraq aşağı düşür.

*Son iki ildə THE-nin sorğusunda 93 mindən çox alim iştirak edib ki, bu da 2019 və 2020-ci illərə nisbətən 22 min nəfər çoxdur. Britaniya universitetləri 2016-cı ildə keçirilən sorğudakı (tədris və tədqiqat üçün birlikdə) 19 faizlə müqayisədə bu il alimlərdən 15 faiz səs alıb. ABŞ-də daha da kəskin azalma müşahidə edilib - alimlərin səsi 47 faizdən 32 faizə düşüb.

*Böyük Britaniya universitetlərinin tədqiqatçılıq nüfuzu da aşağı düşüb, bu qismən elmi-tədqiqatlarına ayrılan vəsaitlərin azaldılması, əcnəbi tələbə sayının azalması ilə izah olunur. 

*ABŞ-nin top-200-lükdə təmsil olunan universitetlərinin sayı 2021-ci ildəki 59-dan 55-ə, Böyük Britaniyada 29-dan 25-ə, Avstraliyada 12-dən 10-a, Almaniyada isə 21-dən 20-yə enib. Çin və Yaponiya bu dövrdə ilk 200-də təmsilçiliyini müvafiq olaraq 6 və 3-ə çatdırıblar. İndi top-200-lükdə Çinin 13, Yaponiyanın isə 5 universiteti var.

*Massaçusets Texnologiya İnstitutu (MIT) ötənilki 3-cü yerdən 2-ci yerə yüksəlib. Daha sonrakı yerləri Harvard və Prinston universitetləri tutur. 

*Kembric Universiteti əvvəlki illə müqayisədə dəyişməyərək beşinci yerdə qalıb, Stenford Universiteti isə ikinci yerdən altıncı yerə düşüb.

*Cədvəldə ən sürətlə irəliləyən universitetlər Asiyanın payına düşür. 

*Ardıcıl ikinci ildir ki, Asiya THE reytinqində ən çox təmsil olunan qitə olub.

*Çin qlobal tədqiqat təsirini daha da artıraraq ilk 10-luğa yaxınlaşır.

*Bəzi Avropa universitetləri davamlı enişlə üzləşib, Asiyada, xüsusən də Çin, Yaponiya və Cənubi Koreya universitetləri tərəqqi əldə ediblər. 

*Fransa, Hollandiya və İsveçrə kimi ölkələrdən olan universitetlərin reytinqdə geriləməsi müşahidə edilir. Məsələn, Hollandiyanın 12 reytinqli universitetindən səkkizi geriləyib, Delft Texnologiya Universiteti isə qlobal miqyasda 56-cı mövqeyə düşüb.

*Fransanın 50 universitetindən 19-u reytində geriləyib, 10-u isə ən pis reytinq göstərib.

*Münhen Texniki Universitetinin 26-cı yerə yüksəlməsi Almaniya universitetləri üçün reytinqdə ən yüksək mövqedir.

*Üç yeni ölkə - Braziliya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - ali təhsildə inkişaf etməkdə olan bazarların yüksəlişini vurğulayaraq, ilk 200-lüyə qoşulur.

*Rusiyanın heç bir universiteti THE-nin top-100-lüyündə yer ala bilməyib. Hətta M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilk 100 universitet sırasını tərk edib. Yeni reytinqdə 12 pillə geriləyərək 107-ci yeri tutub. Digər ali təhsil müəssisələrindən Moskva Fizika Texnika İnstitutu, Moskva Nüvə Tədqiqatları İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti öz mövqelərini pisləşdirib. Digər ali məktəblərin də reytinqində geriləmələr var. 

*Bu il reytinqə ilk dəfə yeddi ölkə daxil olub: Bəhreyn, Konqo Demokratik Respublikası, Monqolustan, Paraqvay, Ruanda, Suriya və Özbəkistan. 

Qeyd edək ki, THE-nin son qlobal reytinqi dünyanın dəyişən ali təhsil mənzərəsində müşahidə olunan son tendensiyaları əks etdirir.

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.