182 nömrəli məktəbə elektrik və suyun verilməsi bərpa olunub - Yenilənib
Bakı şəhəri 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, yaranmış problem tamamilə aradan qaldırılıb, məktəbə elektrik enerjisi və suyun verilməsi bərpa olunub.
Sabahdan etibarən məktəbdə tədris prosesi davam edəcək.
12:34
“182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Azərbaycan müəllimi”nə verilən məlumata görə, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Rəsmi məlumata görə, hazırda məktəbdə tədris prosesi davam edir.
Qeyd edək ki, məktəbdə 3 gündür elektrik enerjisinin verilməsində problem yarandığına dair məlumatlar yayılıb.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)