Bütün xəbərlər
test
18 oktyabr, 11:56

“Yaşıl SAF 2024” həyəcanına sayılı günlər qalır. “Azərbaycan müəllimi” olaraq Sumqayıt şəhərində yerləşən Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyinin nəzdindəki STEAM Sumqayıt Mərkəzində yaradılan şərait və hazırlıq prosesi ilə yaxından tanış olmaq qərarına gəldik, şagirdlərin təəssüratlarını, mentorların mövqeyini dinlədik.

Liseyin direktoru və “Yaşıl SAF 2024”ə hazırlaşan iki komandanın mentoru Rasim Süleymanov məlumat verdi ki, ötən il sentyabrın 21-də Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə açılışı baş tutan İstedad liseyinin nəzdində yaradılmış Sumqayıt STEAM Mərkəzində sürətlə festivala hazırlıq işləri gedir: “Sumqayıt STEAM Mərkəzi 7 STEAM otağından ibarətdir. Bunlar “Kids zone”, “Robotics zone”, “Engineering zone”, “ZSpace zone”, “Science zone”, “CNC zone” və “VEX-Lego zone” otaqlarıdır. Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mərkəzin otaqlarında ən müasir STEAM avadanlıqları quraşdırılıb. Mərkəzimizdə elmi araşdırma, praktik təcrübələr, xüsusi bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində məşğələlərin təşkil edilməsi, virtual reallıq üzərində qurulan VR təhsilin tədrisi, Startap layihələrin hazırlanması, innovativ texnologiyaların tətbiqi həyata keçirilir. İstedad liseyinin 2 il öncə STEAM təliminə cəlb olunmuş müəllimləri artıq mütəxəssis olaraq mərkəzdə şagirdləri qəbul edir və onlara STEAM dərslərini tədris edirlər”. 

Lisey direktoru onu da əlavə etdi ki, keçən il baş tutan SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında Sumqayıt STEAM Mərkəzindən 3 komanda, 8 şagird, 2 mentor müəllim iştirak edib. Bu il isə 6 komanda, 22 şagird, 5 mentor-müəllimin “Yaşıl SAF 2024”də iştirakı nəzərdə tutulur. 

Sumqayıt STEAM Mərkəzinin koordinatoru Aynur Abbasova ilə söhbət əsnasında öyrəndik ki, iki aydan artıq vaxt ərzində finala vəsiqə qazanan 6 komanda ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına ciddi hazırlıq gedir və hədəf birincilik əldə etməkdir: “Keçən il mərkəzimizi festivalda təmsil edərək “Boat Racing” kateqoriyası üzrə ikinci yerə nail olduq. Bu il daha çox komanda ilə finala vəsiqə qazanmışıq və gözləntilərimiz böyükdür. 5 mentor olaraq komandalara hazırlıq prosesində yol göstərərək məsləhətlərimizi versək də, əsas öhdəliyi uşaqların üzərinə qoyuruq ki, işin gedişatını bilsinlər. Şagirdlər yüksək dizaynerlik bacarıqlarına malikdirlər, çox gözəl ideyalar irəli sürür, maraqlı təkliflər verirlər və yekunda daha yaxşı nəticəyə nail olunur”.

“FlyTech” kateqoriyası üzrə hazırlaşan “Swift Thunder” komandası 3 nəfərdən ibarətdir. Komandanın kapitanı və İstedad liseyinin 10-cu sinif şagirdi Ömər Əmiraslanov bildirir: “Dronumuz 4 mühərriklidir və erqonomikasının yüngüllüyü sayəsində  yüksək sürətə malikdir. Bu səbəbdən bir çox dronları üstələyə biləcəyini düşünürük. Dronumuzun əsas gövdə hissəsini Nihad Quliyev, elektronik hissələri Nail Şükürlü hazırlamış, beyin hissəsini kodlaşdıran isə mən olmuşam. Hər üçümüz fərqli işlər görmüşük və birgə ən optimal bildiyimiz yüksək performanslı dronu ortaya çıxarmışıq. Dronumuz taxta və karbon fiber materialdan düzəldilmişdir və bir çox üstünlüyə malikdir. Belə ki, dron qəza şəraitində asanlıqla sıradan çıxmır. Dronun tam ərsəyə gəlməsi 3 günə başa gəlsə də, 2 həftədir prototiplərlə hazırlıqlara başlamışıq və  festivalda ən yaxşı yerə sahib olacağımızı hədəfləyirik. Mentorumuz Aynur Abbasovadır”.  

“VEX V5” kateqoriyası üzrə festivala qatılacaq “Reeboters” komandasının 4 nəfər üzvü var. Komandanın kapitanı Fəxriyyə Salmanlı İstedad liseyinin 9-cu sinif şagirdidir: “Biz komandamızın digər üzvləri olan Həsən Həsənov, Babək Ruhullayev və Nihad Fərəcli ilə birgə robot hazırlamışıq. Hazırladığımız robotun məqsədi sahə daxilində verilən halqaları müəyyən künclərə yerləşdirməkdir. Hər yerləşdirilən künc fərqli ballar verir və nəticədə ən çox xal yığan komanda qalib olur. Bir aydır ki, robotumuzun üzərində işləyərək yarışa hazırlaşırıq. Mentorumuz Rasim Süleymanovdur. Komanda birliyimizə, əzmlə çalışmağımıza, robotumuzun bacarıqlarına güvənərək birinciliyə nail olmağı düşünürük”.

“VEX IQ” kateqoriyası üzrə festivalda iştiraka hazırlaşan “VEX SUN” komandası 4 nəfərdən ibarətdir. Komandanın kapitanı Renat Əmiraslanov İstedad liseyinin 9-cu sinif şagirdidir: “Biz avqust ayından festivala hazırlaşırıq. Mentorumuz Aynur Əhmədovadır. Komanda yoldaşlarımla bu kateqoriyanı seçməkdə məqsədimiz robototexnika sahəsi üzrə öz bilik və bacarıqlarımızı nümayiş etdirməkdir. Polad Qəhrəmanlı, Hüseyn Rəcəbli və Hüseyn Ağayevlə birgə robotumuzun üzərində apardığımız çalışmalar bizdə digər komandalar üzərində üstünlük əldə edərək festivalın qalibi olmaq düşüncəsi yaradır”. 

“VEX IQ” kateqoriyası üzrə festivala qatılacaq “Technology titans” komandasının mentoru Aynur Süleymanovadır. Komandanın kapitanı Leyla Süleymanova İstedad liseyinin 7-ci sinif şagirdidir: “Biz sentyabr ayından robot üzərində çalışırıq. Robotumuz topu götürür, nişanlayır və atır. Robotun top atmağına görə xal hesablanır. Komanda üzvlərimiz Zülfüqar Məmmədli, Polad Quliyev, Humay Əmiraslanlının birgə səyi nəticəsində robotumuzu son dərəcə təkmilləşdirərək ən yüksək yerə layiq görüləcəyimizə ümid edirik”.  

“CubeSat” kateqoriyası üzrə festivala qoşulmaq istəyən “Dragons” komandasının mentoru Nuranə Hüseynovadır. Komandanın kapitanı Nuray Hüseynli İstedad liseyinin 8-ci sinif şagirdidir: “Biz festivala “Süni peyk” layihəsi ilə qatılırıq. Komandamızın digər üzvü Aylin Sultanlı ilə birgə süni peykimizin dizaynı ilə məşğuluq. “CubeSat”da havanın nəm dəyəri və istiliyini ölçəcək, finala qədər peykimizə kamera və digər cihazlar əlavə edəcəyik”.
“Engineers of Future” kateqoriyası üzrə festivalda iştirak edəcək “Genius” komandasının kapitanı Yusif Süleymanovdur. O, İstedad liseyinin 4-cü sinif şagirdidir: “Biz komanda yoldaşım Əli Məmmədli ilə sentyabr ayından festivala hazırlaşırıq. Qarşımızdakı “CUBORO” setidir. Kubların köməyi ilə biz öncədən qoyulmuş problemi təsəvvür edirik, sonra isə əyani formada həll edirik. Ən uzun yolla daşları bu hissələrə yerləşdirərək gedib son nəticəyə çatan komanda yekunda qalib hesab edilir. Bu kateqoriya bizim məntiqi düşünmə, mühəndislik bacarıqlarımızın inkişaf etdirilməsinə kömək edir. Komandamızın mentoru Rasim Süleymanovdur”. 

Mərkəzdə bildirildi ki, İstedad liseyinin nəzdindəki STEAM Sumqayıt Mərkəzinin “Creators” komandası “Folkrace–Autonom Car” kateqoriyası, “Autonom technology” komandası isə “Nordic Folkrace” kateqoriyası üzrə 21-25 noyabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək “Fibonacci” Beynəlxalq Robot Olimpiadasına iştirak vəsiqəsi qazanıblar. Komandalar sensorlar vasitəsilə bütün maneələri keçə biləcək avtonom maşın hazırlayıblar və qalib olacaqlarına çox inanırlar. 

Bütün iştirakçılara bu cür nüfuzlu beynəlxalq yarışlarda uğurlar diləyirik. Qeyd edək ki, STEAM Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Dünyada bu istiqamətdə təşkil edilən olimpiadalara, yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradır.  Bu cür tədbirlərin keçirilməsi STEAM sahəsinin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından olduqca effektivdir.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20October%202024/7956e61b-8092-4f89-88be-43323154a81b_WhatsApp%20Image%202024-10-17%20at%2016.03.31%20(2).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20October%202024/e77bcd59-246f-4cf0-aa6c-f17416a4203d_WhatsApp%20Image%202024-10-17%20at%2016.03.28%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20October%202024/f2e04b80-5d1d-4153-92d5-33c0cab959e1_WhatsApp%20Image%202024-10-17%20at%2016.03.31%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20October%202024/3a73a61c-c67c-4ea5-ae03-cf432c6d97eb_WhatsApp%20Image%202024-10-17%20at%2016.03.28.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20October%202024/8a8c519c-a4b1-4cae-9515-dc74065313ca_WhatsApp%20Image%202024-10-17%20at%2016.03.27%20(2).jpeg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.