Laçın məktəbliləri "Hüquq" olimpiadasının qalibi oldular
Konstitusiya Məhkəməsi, Elm və Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında "Zəfər çalmış dövlətin Əsas Qanunu" mövzusunda "Hüquq" olimpiadası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, olimpiada da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 40 şagird iştirak edib. Onlardan 3-ü I, II, III yerləə layiq görülüb.
Qalib adını qazananlar Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdləridir. Belə ki, adıçəkilən təhsil müəssisəsinin XI sinif şagirdi Fərid Alızadə I, X sinif şagirdləri - Saleh Kərimzadə II, Nərmin Nağızadə isə III yerin qalibi olub.
İştirakçılar Xankəndi şəhərinə Qarabağ Universitetində təltifetmə mərasiminə dəvət edilərək qiymətli hədiyyələrlə təltif ediliblər.
Mərasimdə bir neçə şagirdə həvəsləndirici mükafat da təqdim olunub.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)