Bütün xəbərlər
test
21 oktyabr, 10:53

İdman mənim üçün sadəcə bir hobbi yox, həm də həyat tərzidir

Nə qədər çox gənc idmanla məşğul olaraq psixoloji cəhətdən möhkəmlənərsə, bir o qədər də çox həyatın eniş-yoxuşunda, mürəkkəb psixoloji məqamlarda aciz qalmaz. İnsanın həyatda müvəffəqiyyət qazanması onun psixoloji cəhətdən özünü dərk etməsindən, öz gücünə və ağlına güvənməsindən asılıdır. Dəfələrlə ölkəmizi beynəlxalq arenada təmsil edərək, müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr əldə edən Yasin İbrahimov da belə gənclərimizdəndir. 
İdmanda çoxsaylı uğurlara imza atan Yasin 2007-ci ildə Bakı şəhərində anadan olub. O, Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbdə orta təhsilini başa vuraraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub və hazırda ali məktəbin birinci kursunda oxuyur. 

Taekvondo üzrə nailiyyətləri 

İdmana böyük maraq göstərən gənc 9 il taekvondo ilə məşğul olub və bir çox uğurlar qazanıb. Yasin deyir: “İdman mənim üçün sadəcə bir hobbi yox, həm də həyat tərzidir. Uşaq yaşlarından idmanla məşğulam və ilk nailiyyətlərim Koreya döyüş sənəti olan taekvondo üzrədir. Bu döyüş növünün xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır. Taekvondo idmançıdan nəzakət, dürüstlük, əzmkarlıq, özünü idarə etmə və dönməz ruhdan əlavə yüksək fiziki bacarıq tələb edir. Əzmkarlığım sayəsində bütün tələblərin öhtəsindən gəlməyi bacarmışam. Taekvondo ilə məşğul olduğum dövrdə 2016-cı ildə Belarusun Minsk şəhərində keçirilən dünya kubokunda 3-cü yerə nail olmuşam. 2017-ci ildə Kiprdə keçirilən Avropa çempionatında 2 qızıl, 2018-ci ildə Çeçenistanda təşkil olunmuş Qafqaz kubokunda 2 qızıl medallar qazanmışam. 2019-cu ildə isə Özbəkistanın Buxara şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yerin sahibi olmuşam”. 

Mənə savat idman növü daha yaxındır

Savatın assault növü ilə isə Yasin İbrahimov 2 ildir məşğuldur və artıq qızıl medallara sahibdir: “Savat ilə az müddətdir məşğul oluram. Hələ taekvondo ilə məşğul olarkən savat idman növü üzrə respublika çempionu oldum və məni savat milli yığma komandasına dəvət etdilər. Keçən ilin 6-7 oktyabr tarixlərində Avstriyanın Veyz şəhərində keçirilən dünya kubokunda 52 kq çəki dərəcəsində mübarizə apararaq 2-ci yerə sahib oldum. 2024-cü il 6-7 aprel tarixlərində İtaliyanın Cenova şəhərində keçirilən beynəlxalq turnirdə 56 kq çəki dərəcəsində qızıl medal qazandım. 2024-cü il 20-24 iyun tarixlərində Bolqarıstanın Kranevo şəhərində keçirilən Avropa çempionatında 52 kq çəki dərəcəsində gümüş medala layiq görüldüm. Bu yaxınlarda Avstriyanın Veyz şəhərində keçirilən dünya kubokunda 56 kq çəki dərəcəsində qızıl medala sahib oldum. Uğurlarıma görə məşqçilərim Taleh Nağızadəyə və Hikmət Xəlilova dərin təşəkkürümü bildirirəm”. 

Yasin taekvondo və savat arasında elə böyük fərq olmadığını bildirir: “Fransız boksu – savat döyüş növünün vətəni adından da bəlli olduğu kimi Fransadır. Fransızca “savate” sözü “köhnə çəkmə, başmaq” mənasını verir və idmançıların xüsusi görünüşlü çəkməyəbənzər ayaqqabılarda döyüşdüyü yeganə idman növüdür. Burada əllər və ayaqlardan eyni şəkildə istifadəyə icazə verilir. Taekvondoda ayağa zərbə vurmağa icazə yoxdur. Savat döyüşlərində müxtəlif cür istifadə imkanları yaradılmaqla 4 növ ayaq və 4 növ əl zərbələrindən istifadəyə icazə verilir. Savatın müxtəlif versiyaları mövcuddur. Savat döyüşləri boks rinqində keçirilir və 2-5 raund arası dəyişilir. Mənə savat idman növü daha yaxındır. Çünki bu idman növündə döyüşəndə mən döyüşü tam olaraq hiss edirəm”.

Uğurlu idmançı və mühəndis olmaq arzusu 

Ali məktəbdə yaxşı oxuduğunu, gələcək ixtisasının sirlərini həvəslə öyrənməyə can atdığını dilə gətirən gənc idmanın, tez-tez müxtəlif turnirlərə qatılmasının onun təhsilinə mənfi təsir etmədiyini deyir. Əksinə, bir çox ölkələri gəzmək, bayrağımızı dünya dövlətləri bayraqları arasında yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək kimi anların ona böyük xoşbəxtlik bəxş etdirdiyini dilə gətirir. Müxtəlif mədəniyyətlərlə, uşaqlarla ünsiyyətdə olmağın onun dil biliklərinin, dünyagörüşünün artmasına çox müsbət təsir göstərdiyini vurğulayır. 

Yasin İbrahimov deyir: “Ali məktəbə qəbul olarkən ixtisasımı valideynlərimin məsləhəti ilə  seçmişəm. Lakin hazırda AzMİU-nu, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni seçdiyimə görə çox düzgün addım atdığımı düşünürəm. Bu ixtisas aktual və gələcəyi olan bir peşədir. Dərslərimiz çox maraqlı keçir, tələbə yoldaşlarımla məlumatsız olduğumuz bir çox yenilikləri kəşf edirik. Universiteti bitirdikdən sonra ixtisasım üzrə işləmək arzusundayam. Eyni zamanda idmanla da məşğul olmağa davam edəcəyəm. Gələcəkdə idman sahəsində daha böyük uğurlara nail olmaq arzusundayam”.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.