Bütün xəbərlər
test
21 oktyabr, 12:55

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişiyə təhsil verməklə savadlı bir insan, bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət qazanarsınız".

Qızların təhsil almalarına hər zaman önəm yetirilən Naxçıvan Muxtar Respublikasında 1992-ci ildən “Xanım Qızlar Pansionu” yaradılıb. 2004-cü ildən “Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir. Bu gün də lisey öz fəaliyyəti və göstəriciləri ilə öndə dayanıb. 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qızların hüquqlarını və onların qarşılaşdıqları unikal çətinlikləri tanımaq məqsədilə 2011-ci il dekabrın 19-da bu tarixi Beynəlxalq Qızlar Günü elan edib.  2012-ci il oktyabrın 11-dən isə hər il Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Bu, bütün dünyada qızların hüquqlarının qorunmasına və cəmiyyətin bu məsələlərə diqqətini çəkməyə yönəlmiş təşəbbüsdür.

Qızlar günü münasibətilə Naxçıvan Qızlar Liseyinə üz tutduq. Fotolorda da gördüyünüz kimi, müəllim və şagird heyəti bizi çox böyük səmimiyyət ilə qarşıladı. 

Liseyi gəzib tanış olduqdan sonra uzun illər burada müəllim kimi fəaliyyət göstərən Aidə Allahverdiyeva ilə söhbətləşdik: “Kollektivin əsas məqsədi liseydə təhsil alan qızlarımızın bu  günün tələblərinə cavab verməsi, eyni zamanda cəmiyyətə yüksək şəkildə fayda verməsindən ibarətdir”, - deyə Aidə xanım söhbətə başladı. Bildirdi ki, bu gün dövlətimizin siyasətində qadınların elm və təhsildə roluna, qadın əməyinə yüksək qiymət verilib:
"Qadınların əməyinin qiymətləndirilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Naxçıvan qadınları da hazırda dövlət işlərində, elm və təhsil sahəsində çalışmaqla ölkəmizin inkişafına öz töhfələrini verirlər. Çalışırıq ki, bizim liseyimizdə yetişən xanımlar, liseyimizin məzunları hər zaman cəmiyyətdə öndə getsinlər, təhsil yüksək səviyyədə  olsun. Hər il yüksək bal toplayan şagirdlərin sayı artır. Bu gün istəyirik ki, zəfər qazanmış xalqımızın, zəfər qazanmış qızları olsun. Bir şeyi də xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, ötən il Azərbaycan Dövlət  İqtisad Universitetindən bizim liseyimizə iki təşəkkür məktubu daxil olub. Orada bizim iki məzunumuz təhsil alır. Təbii ki, bu təşəkkür bizi fərəhləndirir. Müəllim üçün bundan sevindirici nə ola bilər? Əlbəttə, yetişdirdiyi şagirdi yaxşı mövqedə görmək”.

Bu gün Naxçıvan Qızlar Liseyinin məzunları ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada cəmiyyət həyatının müxtəlif sahələrində müvafiq vəzifələrdə çalışırlar. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva da 2000-2008 -ci illərdə sözügedən liseyin şagirdi olub. O, öz təəssüratlarını və liseylə bağlı xoş xatirələrini “Azərbaycan müəllimi” ilə bölüşdü: 
“Ümumiyyətlə, mən sizə bildirim ki, bəlkə də, şagird vaxtı fərqində deyildik, ora təkcə təhsil müəssisəsi deyil, eyni zamanda  bir qızın bir xanım kimi, Azərbaycan xanımı kimi formalaşmasında rolu olan böyük müəssisədir. Qəbul olduğum dövrlərdə orada müəllimlərimiz bizə təkcə müəllim kimi deyil, eyni zamanda tərbiyəçimiz kimi davranırdılar. Qeyd edim ki, o vaxtlar sadəcə bizim bir otağımız var idi və çox şəraitsiz binada təhsil alırdıq. Ancaq, mən məktəbi bitirənə qədər bina yeniləndi və məktəbə lisey statusu verildi. Həqiqətən də bizim üçün bu, çox sevindirici hal idi. O dövrdə bizdə bir tendensiya var idi: müəllimlərimizə "Xanım" deyə müraciət edirdik. Hesab edirəm ki, bu bizim üzərimizə bir vəzifə kimi qoyulmuşdu.

Biz sadəcə dərslərlə kifayətlənmirdik, muxtar respublika səviyyəsində tədbirlərimiz olurdu, mən də həmin tədbirlərin aparıcısı olurdum. Müxtəlif şeir müsabiqələrində qalib olub, fəxri fərmanlar qazanırdım. Onu da qeyd edim ki, bizim liseydə hər həftənin sonunda "Həftənin xanımı", ilin sonunda "İlin xanımı" adlarını qazanmaq üçün mübarizə gedirdi. Ən yüksək ad isə "Xanımların xanımı" idi. Sevinirəm ki, dəfələrlə "İlin xanımı", "Xanımların xanımı" adına layiq görülmüşəm. Qürur duyuram ki, bu gün ombudsman kimi bu müəssisənin şagirdi olmuşam və o liseyin fəaliyyətini uğurlu hesab edirəm".

1 /11

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/82431fb2-18eb-4519-b2e3-00cfdedb92a9_3c0be668-ae39-469d-9ca0-aa57d2d319b4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/cc855958-8d06-477d-abc3-902b579309ed_9b3338c6-13f8-4578-8d84-72859b139824.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/22cb26e3-287b-4ec4-bb4a-4c6de35cc025_99c75907-e5da-414a-bece-bfbaa78fe252.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/050dba29-9fe6-48ea-b9df-5d14f110446b_22827d1c-b578-4f03-9832-2b9f17f18a4f.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/8110c997-ed52-4368-9720-dba986956e97_63376f19-8f5f-42d9-8b88-abf454fb19af.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/42cdbebb-1cf4-4b86-b4c3-0a0aef3ab1d8_895676b9-3b8c-4633-a5b7-91e2c3feaf91.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/53d569e2-32fa-4eb7-bf37-e9efeedee174_b1ee6462-4136-432e-8f62-1613b029c5fb.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/4128cfe6-7eee-442e-8c3d-9afdc02a0b24_b52b71b5-786e-4a60-b4ca-0f6b5c4c2fe7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/afbcc779-2b7b-4457-97d5-2b1b9fc4f2d2_be7ca360-0c1a-491f-ae42-d230fa31222e.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/2fdd6e87-bad7-43eb-8e80-aced30b08996_bf2463d8-7ae9-4eac-b633-41510a8fa584.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20October%202024/7bccd539-949c-412c-8973-771aaff9d7ee_d0e48571-121d-4afd-a1ba-71d1c21c08b6.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.