Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılğı ilə Füzulidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "SolidGreenFest" Respublika Festivalı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, oktyabrın 21-də Füzuli rayon Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilən festivalda təşkilatçı qurumun, Qarabağ Regional Təhsil İdarəsinin, Füzuli rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin müəllim heyəti və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Həcər Mahmudova açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb, festivalın keçirilməsinin şagirdlərin bacarıq və istedadlarının nümayiş etdirməsindəki rolundan söz açıb. O, çıxışı zamanı 2024-cü ilin ölkə rəhbərinin müvafiq sərəncamına əsasən, "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasından, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Füzuli rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova çıxış ediblər.
Qeyd olunub ki, festivalın keçirilməsində əsas məqsəd dayanıqlı yaşıl gələcəyə, enerji effektli və resursların qənaətinə doğru yönəlmiş innovativ ekoloji layihələrin, startap və ekoloji tədqiqatların gənc nəslin sağlam yetişməsində rolunu genişləndirmək, məktəblilərin ətraf mühitin qorunmasına dair maarifləndirilməsi, iqlim dəyişiklikləri ilə bağlı mübarizədə ictimai, sosial və siyasi əməkdaşlığın gücləndirilməsindən ibarətdir.
Festivalda şagirdlər tərəfindən müxtəlif layihələr təqdim edilib,sərgilər nümayiş olunub, motivasiya məktubları yazılıb.
Yekunda iştirakçılara sertifikatlar və mükafatlar təqdim olunub.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)