Bütün xəbərlər
22 oktyabr, 10:24

AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib: “Müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması zərurəti yaranıb”.

O qeyd edib ki, hazırlanacaq sənədin başlıca hədəfi qlobal tendensiyalar nəzərə alınmaqla, ilk növbədə, Azərbaycanın strateji inkişaf kursu çərçivəsində onun tərəqqisinə ciddi elmi töhfələr verməkdən ibarətdir: “Burada ictimai-humanitar elmlər – fəlsəfə, tarix, filologiya, kulturologiya, folklor, sənətşünaslıq, siyasi elmlər və digər elm sahələri arasında əlaqələr yeni səviyyəyə yüksəldilməlidir. Başlıca prinsip azərbaycançılıq və müstəqil dövlətçilik olmaqla ölkənin dayanıqlı inkişafında elmin iştirakının artırılmasından ibarət olmalıdır”.

İclasda “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması məqsədilə müvafiq Komissiya və İşçi qrupu yaradılıb.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:10

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.