Bütün xəbərlər
22 oktyabr, 10:30

Xəbər verdiyimiz kimi, 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı (SAF 2024) keçiriləcək. Bölgə komandaları da bu sözügedən beynəlxalq yarışa aktiv şəkildə hazırlaşır.

“Azərbaycan müəllimi” Mil-Muğan Regional Təhsil İdarəsi üzrə fəaliyyət göstərən Sabirabad STEAM Mərkəzindən reportaj hazırlayıb.

Subra Yəhyayeva Sabirabad şəhər 1 saylı tam orta məktəbin fizika və steam müəllimidir. Subra müəllimin sözlərinə görə, Sabirbad STEAM Mərkəzi Sabirabadın Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin nəzdində 2022-ci ildən fəaliyyət göstərir:

“STEAM Mərkəzimiz 7 otaqdan ibarətdir. Mərkəz məktəbimizdə yerləşdiyinə görə və çox marağım olduğuna görə, STEAM dərslərini tədris eləmək üçün burda çalışmaq qərarına gəldim. Hal-hazırda mərkəzimizdə 7 komanda var. Onlardan 2-si Ecocoding üzrə hazırlaşır. 5 komandadan 1-i “Vex v5”, 1-i “Vex iq”, 1-i “Fly”, 1-i “H2”, 1-i isə “Cubesat” üzrə çalışır. Komandalarımız çox fəal çalışır və buna görə onların qalib olacağına inanırıq. Bundan əvvəl 6-12 yaş qrupu olan “FLL EXPLORE 2023” yarışından ”Əsas dəyərlər mükafatı”, 14-17 yaş qrupu - “Vex V5 2023” turnirindən “İnnovate award mükafatı”, 14-16 yaş qrupu olan “Vex iq” 2023 turnirindən “Create award mükafatı”, 10-15 yaş qrupu olan “Fll challange 2023” turnirindən “İnnovation Project”, “Beynəlxalq Qadınlar Riyaziyyat gününə” həsr olunmuş “Mexatronika” yarışması, Beynəlxalq Saf-2022 Vex ıq yarışından “Enegry award” mükafatı və sair bu kimi uğurlarımız olub”.

Yarışa hazırlaşan komandalardan biri olan “Universe stars” komandasının üzvləri Nərmin Axundzadə, Aytəkin Güləlizadə, Ayaz Həsənli və Zəhra Məmmədli ilə də söhbətləşdik. Onların sözlərinə görə, bundan öncə də onlar müxtəlif yarış və təlimlərə qoşulublar:

“Bu yarışda bizə maraqlı göründüyünə və həmçinin yeni nailliyyətlər qazanmaq istədiyimiz üçün bura qatıldıq. Bu yarışa qatıldıqdan sonra isə mentorlarımız bizi  ruhlandırdı. Biz bu beynəlxalq yarış üçün robot hazırlamışıq. Çox çalışırıq və qazanacağımızı düşünürük. Eyni zamanda digər şagirdlərə də uğurlar arzulayırıq. Biz əvvəl “Green life” təlimində mərkəz içində 1-ci yerə çıxmışıq və daha sonra isə Ecathon yarışında iştirak etmişik”.

Qeyd edək ki, festivalın məqsədi STEAM əsaslı tədrisin təşviqi, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır.

Bundan əlavə, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına dair innovativ həll və layihələrin hazırlanması da əsas prioritetlərdəndir.

1 /8

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.