Bütün xəbərlər
22 oktyabr, 12:55

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Rəssamlıq Akademiyasından yağışlı hava şəraiti ilə əlaqədar yaranan vəziyyətə aydınlıq gətirilib.

ADPU-dan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, universitetin III tədris binasında auditoriyaya su damması güclü yağış səbəbindən baş verib və sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçınılmaz olub.

"Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb. Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar partalara yönəldib və dərsi tamamlayıb (su daman hissədə tələbələrin olmadığı görüntülərdə də aydın görünür).

Ümumilikdə, tədris binalarının tədrisə yararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir.

Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır.

Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır.

Onu da bildirək ki, yağışlı hava şəraiti müəllim və tələbələrin dərs prosesində iştirakına və davamiyyətə ciddi təsir etməyib. Universitetdə dərslər normal qaydada davam edir", - deyə məlumatda qeyd olunub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından (ADRA) isə “Azərbaycan müəllimi”nə bildirilib ki, yağışın normadan artıq yağması səbəbi ilə bəzi narahatlıqlar yaranıb, lakin bu, ciddi fəsadlar baş verməyib.

“Hazırda bu narahatlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Qeyd edilib ki, yaranmış vəziyyət Azərbaycan Rəssamlıq Akademiyasının tədris prosesinə heç bir maneə törətməyib və dərslər davam edir”,  - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında yağış sularının tavandan içəri axması ilə bağlı videogörüntülər yayılıb.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.