Bütün xəbərlər
test
23 oktyabr, 10:21

Naxçıvan Dövlət Universitetində Ümumilli Lider Heydər Əliyevin müəllimi, universitetin ilk rektoru Əli Əliyevin 120 illiyi qeyd olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdən əvvəl qonaqlar tarix elmləri namizədi, dosent Əli Əliyevin məzarını ziyarət ediblər.

Tədbir çərçivəsində universitetin ilk rektoru, görkəmli ictimai-siyasi xadim Əli Əliyevin adına auditoriyanın açılışı olub. Auditoriya görkəmli xadimin zəngin və çoxşaxəli həyat fəaliyyətini əks etdirən şəkillər, elektron resurslar, kitablar və digər elmi-ədəbi mənbələrlə təchiz edilib. Eyni zamanda burada Əli Əliyevin həyat yolu və ictimai fəaliyyətinə dair xüsusi bölmə də təşkil edilib ki, bu da onun irsinin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.

Tədbirdən öncə Əli Əliyevə həsr olunan Naxçıvan Televiziyasının hazırladığı film nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev görkəmli elm xadiminin istər tarix elminin, istərsə də Naxçıvan Dövlət Universitetinin inkişafı sahəsində gördüyü işlərdən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, tarixçi Əli Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin müəllimlərindən olub. Rektor Əli Əliyevin elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edərək, onun xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Əli Əliyevin böyük ictimai-siyasi xadim kimi fəaliyyətinə toxunan rektor, onun Azərbaycan ədəbiyyatında memuar janrda iz qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsinin şahidi olaraq əsərlər qələmə alan tarixçi yazdığı “Əlincə yaddaşı” əsəri,  Naxçıvanın tarixi və mədəni irsini qoruyan önəmli mənbələrdən biridir. Elbrus İsayev Əli Əliyevin universitetin ilk rektoru kimi Naxçıvanın təhsil mühitinə böyük töhfələr verdiyini və onun xidmətlərinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, ictimai-siyasi xadim təhsil sahəsindəki xidmətləri ilə yanaşı siyasi fəaliyyəti ilə də yaddaşlarda iz buraxıb. Akademik   Əli Əliyevin 1941-1947-ci illərdə Naxçıvan MSSR Xalq Maarif komissarı, Naxçıvan MSSR Maarif Naziri, 1951-1967-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışdığını diqqətə çatdırıb. Sonra 1967-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) təşkilatçısı və ilk direktoru olduğunu vurğulayıb. Akademik bildirib ki, Naxçıvanın tarixi, ictimai-siyasi və mədəni həyatında  tarixçinin rolu çox olub.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli bildirib ki, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvandakı filialının və bütövlükdə Naxçıvan təhsil sisteminin formalaşması Əli Əliyevin adı ilə sıx bağlıdır. Vurğulanıb ki, Əli Əliyev universitetdə maddi-texniki bazanın yaradılması, kitabxananın təşkili, tələbə elmi cəmiyyətinin formalaşması və elm xadimlərinin yetişdirilməsi istiqamətində əvəzsiz rolu olub.

Tarix elmləri doktoru, dosent Eynulla Mədətli, Naxçıvan Dövlət Universitetinin fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, tarix elmləri doktoru, dosent Xəzər Hüseynov, Naxçıvan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova, Əli Əliyevin nəvəsi tarix üzrə fəlsəfə doktoru Nail Əliyev ali təhsil ocağının ilk rektorunun elmi-pedaqoji və ictimai fəaliyyətindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər Əli Əliyevin milli dəyərlərə sadiqliyini, çətin dövrlərdə təhsil ocaqlarının inkişafı üçün göstərdiyi fədakarlıq və gənc nəsillərə qayğısını xüsusi vurğulayıblar.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.