Nigar Arpadarai: COP29 ərəfəsində Yaşıl SAF kimi bir festivalın keçirilməsi dönüş nöqtəsidir
“COP29 sədrliyi olaraq 14 təşəbbüs irəli sürmüşük. Onların arasında təhsillə bağlı təşəbbüs xüsusi yer tutur. Bu, “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü”dür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, millət vəkili Nigar Arpadarai "Yaşıl SAF24" festivalının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, bu təşəbbüs çərçivəsində bir neçə sahəni bir araya gətirərək sektorlararası əlaqələndirməni qlobal səviyyədə gücləndirmək nəzərdə tutulur. Təhsil, səhiyyə, yeni iş yerlərinin yaradılması, xüsusən də yaşıl iş yerləri və balıq təsərrüfatı kimi sahələri birləşdirərək qlobal strateji əməkdaşlığı təmin etmək niyyətindəyik: “COP29 ərəfəsində belə bir festivalın keçirilməsi dönüş nöqtəsidir. İqlim dəyişikliyi ilə mübarizədən danışarkən yeni texnologiyalardan bəhs etməliyik. Biz mütləq yeni həll yolları ilə çıxış etməli və bu prosesdə iştirak edən gənclərimizi dəstəkləməliyik”.
O əlavə edib ki, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərinin inteqrasiya olunmuş şəkildə tədris edilməsi ideyasına əsaslanan SAF2024 festivalı və STEAM təhsil metodu iqlim dəyişikliyinə daha həssas gənclər yetişdirmək üçün böyük bir fürsətdir.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)