Bütün xəbərlər
test
24 oktyabr, 15:05

Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak ediblər.    

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala həsr olunan videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. “STEAM Azərbaycan” layihəsinin ölkə təhsilində mühüm yeri olduğunu qeyd edən nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.

Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına məlumat verib ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”  “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.

İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 250 mindən çox şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.

Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib.

Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.

Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb.

Qeyd edək ki, festival sabah başa çatacaq. İki gün davam edən festivalda iştirakçılar həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.

Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.

1 /18

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/299ba825-b0b5-427c-aa05-163e47f69c96_08bfece6-fb23-4bfe-9835-5544a76db246.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/1c98b023-5eda-4a31-9d3a-563314a00efa_2951e55b-54b7-4970-8aeb-6545703eae61.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/d4d329f9-69b5-4908-a0a6-70fddb0c2580_21e88aa2-ae0c-4f3e-85f2-bffeec935f21.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/511d3531-a6a7-439f-ac00-ef036ea64815_16bebf39-5d06-4fcb-b7ff-65c424754f85.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/811fdf27-be0f-401b-9129-24011ecea77d_418a28b5-e137-48d9-8bec-ea359d91ac55.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/997653ca-0c6e-4bff-8e7a-544525583271_e8fd9074-164d-4da2-b8c2-7837fcfd3041.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/e14f28e7-3fdd-47a4-954c-347bf76c03aa_f472d3ef-20a4-48bd-8369-296dbe9a2119.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/e76118e6-83e8-44d9-819f-9b358ecc96d5_fd93a720-b9bd-4071-a705-604c03623d65.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/59176b56-a047-45d0-95ce-2b2ff2c774ee_df4911ae-95b9-4b93-be33-b09f23d09370.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/dd0d679c-2cdc-460c-8385-0f5da2ef0f25_2abe77d3-2a4c-41e3-bebb-8160d4e39dd2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/aaf9f338-df01-484e-8642-734e7e08b9ef_3bebc527-c949-4817-86b7-a3d9439aed26.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/a90bff14-dd08-4eed-a597-2fa21905b937_7dadfe18-1224-4cb3-aae6-993a37ca6745.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/3c88fcec-67fe-41e9-ae4b-719d715d7ef2_09eced34-eb17-4c56-96a7-75793c0d8ead.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/22261870-64a0-4921-bf1b-0ed7af6cd785_88e76b4f-b202-4ff9-ba05-ab0d313f4a78.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/7d171c38-f9a5-44f2-ac3c-256184f2fb4d_445ebd14-3b91-4b63-94b7-0dea97735d80.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/2f077242-d45b-42ac-ab40-015f2952b751_a18d1fbf-6e0f-48d3-81ae-11e4fd15d55a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/e9f7ad00-e609-4033-ba0d-1979f28daaf0_c66ccb1f-6d3a-4359-8465-851297e54495.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20October%202024/254ba4c8-234b-489f-9604-2160660ad17c_d7dbf0e0-6584-4be7-bfbe-b000886e62f8.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.