Bütün xəbərlər
test
26 oktyabr, 11:18

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.

O qeyd edib ki, 4 ildir keçirilən STEAM Festivalı artıq üçüncü ildir ki, beynəlxalq formatda təşkil olunur. Bu il festivalda 15 ölkədən gələn iştirakçılar 8 kateqoriya üzrə yarışdılar və ümumilikdə 250-yə yaxın komanda mübarizə apardı. Minə yaxın məktəbli və universitet tələbəsinin qatıldığı bu tədbir müxtəlif ölkələrdən gənclərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün böyük bir platformadır:

“Festivalın qaydalarına əsasən, iştirakçıların 60%-i mükafatlandırılır ki, bu da onların səylərini dəyərləndirən əhəmiyyətli bir stimuldur. Fərqli yaş kateqoriyaları üzrə müxtəlif nominasiyalar mövcuddur. Aşağı yaş qruplarına daxil olan ibtidai sinif şagirdlərinin hər biri mükafatlandırılıb. Xüsusilə "Gələcəyin mühəndisləri" kateqoriyasında yarışan 33 komandanın hər bir üzvü təltif edilib”.

Layihə rəhbəri əlavə edib ki, festivalın ən çətin kateqoriyalarından biri isə “Hidrogenlə çalışan maşınlar” kateqoriyasıdır. Bu sahədə kifayət qədər çox sayda xarici komanda iştirak edib və ümumilikdə 8 xarici komanda bu kateqoriya üzrə mübarizə aparıb:

“Hidrogen enerjisi sahəsində görülən işlər həm yaşıl enerjiyə, həm də müasir həllərin tapılmasına yönəlib və bu istiqamətdə bizi qarşıda bir çox işlər gözləyir. Festival gənclərin bu kimi qabaqcıl texnologiyalarla tanış olmasına və bu sahəyə yeniliklər gətirməsinə böyük imkan yaradır”.

O, çıxışının sonunda bütün komandaları təbrik edib, ardınca Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.

Daha sonra qalib komandalara mükafatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib. Festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qoşulub və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edib. Festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub.

Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.

1 /12

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/f45c7447-df18-464a-b956-84d1e23d1cd0_1000281258.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/74f8b9c0-58cf-43a3-8698-da020ec5ed0d_1000281259.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/28a8677e-d1e0-49dc-bc1b-138ec30cbb28_1000281261.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/8dc34f86-b109-45d7-9efa-b2e84d593c94_1000281263.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/439b74a3-d3db-4e03-b206-1683de581e09_1000281264.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/31323075-7c78-4153-9b2d-f0903d112e96_1000281266.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/4790fad7-03a8-4302-adf9-24f8d8bf466e_1000281267.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/dd112905-8327-4760-a844-1b1db334acee_1000281268.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/8a7db72f-75d8-418d-b39c-968781fb1ca2_1000281269.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/b7144588-de94-4661-858d-91219a3b0e77_1000281270.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/d7607c14-ac03-4f91-93f6-85403c1719c9_1000281271.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20October%202024/65b98b08-c013-4aa9-aab8-73f4353a76bf_1000281272.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.