Bütün xəbərlər
test
28 oktyabr, 09:04

“Qarabağ Universitetini seçdim, doğma Qarabağımızın  gündən-günə çiçəklənməsini arzulayıram”

Əli Məmmədzadə Qarabağ Universitetinin tələbəsi, Bakının Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbin məzunudur.  O, söhbətə belə başladı: “Tarix ən çox  sevdiyim fənn idi. Fizikanı mənimsədikcə daha çox sevdim və X sinifdə oxuyanda ali məktəbə qəbul imtahanlarına III deyil, II ixtisas qrupu üzrə qatılmağa qərar verdim. İnformatikanı da sevdiyim üçün texnologiya sahəsinə yönəldim. İnformatika, fizika ilə daha dərindən məşğul olaraq kompüter mühəndisliyinə hazırlaşdım”. İxtisas qrupları arasında keçidə səbəb nə olub, görəsən? Ə.Məmmədzadənin sözlərinə görə, fizikanı sosial şəbəkələrdə sevib: “Sosial şəbəkələri izləyir, bəzi akademiklərin öz səhifələrində paylaşdıqları eksperimentlərə maraq göstərirdim. Bu da məndə böyük maraq oyatdı. Yavaş-yavaş bu fənnə marağım artdı. Hiss etdim ki, fizikanı daha çox oxuyuram”.

Mənim müəllimim

Əli Məmmədzadənin hekayəsində maraqlı bir məqam var. Onun fənlərə olan sevgisi ilə sevdiyi müəllim fərqlənir. “Ömrümün sonunadək həyatıma təsir edən müəllim kimi unutmayacağım yeganə insan Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən Gülnar Fərəcovadır. Hazırda sahib olduğum hər şeyə, hətta həyatda bir hədəfim, məqsədli fəaliyyətim, öz düşüncələrimin olması belə Gülnar müəllimdən qaynaqlanır. Tarixdən fizikaya yönələndə də, ixtisasımı seçəndə də Gülnar müəllimimlə məsləhətləşdim. Hətta Bakı şəhəri təhsil işçilərinin sentyabrkonfransında Qarabağ Universitetinin tələbəsi kimi mənə söz verilmişdi. Burada edəcəyim çıxışın mətnini Gülnar müəllimə də göstərdim”.

Əli Məmmədzadənin fikrincə,  müəlliminin onun üzərində  təsiri çox böyükdür: “Gülnar müəllim formalaşdırıb mənim fikirlərimi, dünyagörüşümü. Oxuduğum kitabları onun tövsiyəsi ilə seçmişəm. Əgər bu təsiri nəzərə alsaq, məktəbin rolunun nisbətən böyük olduğunu deyə bilərəm. Amma məktəblə yanaşı, ailə, əhatə dairəsi də çox önəmlidir”.

Sosial layihələrdə

“Gülnar müəllim və direktorumuz Gültəkin müəllim məktəbimizin bir sıra təşəbbüslərinin gerçəkləşdirilməsinə məni də cəlb etdilər”, - deyən gənc tələbə bu məsuliyyətin öhdəsindən uğurla gəlib: “Bacardığım qədər məktəbimizin layihələrində fəallıq göstərdim. Tamaşalar yazıb, kiçik filmlər çəkdik. Tamaşalarımıza, filmlərimizə hekayələri özümüz yazır, ssenarisini qurur, özümüz də çəkirdik.  Qadın hüquqları ilə bağlı hazırladığımız film “YouTube”da  100 minə yaxın izləndi. Bu filmdən sonra bizə öz taleyi haqqında yazan xanımlar oldu. Geri dönüş edib təşəkkür edənlər belə vardı. Çox layihələr hazırlamışdıq, amma həmin layihə geri dönüş aldığımız ilk layihə oldu”.  

“Universitetin ən çox tələbəyönümlü siyasətini bəyəndim”

Humanitar fənlərə maraq göstərib, tarixi sevib, fizikanı seçib, kompüter mühəndisi olmağa qərar verib.

İxtisasına qərar verəndən sonra sıra bu ixtisasa harada yiyələnəcəyini müəyyənləşdirməyə gəlib: “Qarabağ Universiteti ilə bağlı məlumatlar diqqətimi çəkdi.  Araşdırdım və bu universiteti seçməyə qərar verdim. Universitetin ən çox tələbəyönümlü siyasətini bəyəndim. Yüksək səviyyəli müəllim heyəti,  keyfiyyətli təhsil olacağına dair təsəvvür yarandı”.

Əli deyir bütün uşaqlığı boyu Qarabağ adı hər zaman nisgil dolu  hisslərlə anılıb. Qarabağ torpaqlarında işğal, qan, haqsızlıq, zülm barədə oxuyan, Vətən müharibəsi dövrünü, böyük Zəfəri yaşayan bir məktəblinin başqa seçimi ola bilərdimi? O da ürəyində baş qaldıran hisslərə təslim olub və seçimini edib: “Qarabağ Universitetini seçdim, çünki doğma Qarabağımızın gündən-günə çiçəklənməsini arzulayıram”.  

“Qarabağı görmək, burada yaşamaq uşaqlığımın böyük bir hissəsinin ən böyük xəyalı idi. Bu, Qarabağ Universitetində oxumaq üçün bir səbəbdir. Eyni zamanda Qarabağda rahat təhsil ala biləcəyimiz mühit var”, - deyən Ə.Məmmədzadə məktəbli ikən işğal tarixini əzbərlədiyi torpaqlarda gəncliyinin ən gözəl çağlarını - tələbəliyini yaşayır.  

“Ən böyük hədəfim Azərbaycanımıza töhfə verməkdir”, - deyir Əli Məmmədzadə: “Elm sahəsi, sosial layihələr ola bilər. Əlimdən nə gəlirsə, ölkəm üçün etməyə hazıram”.  

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.