Bütün xəbərlər
test
28 oktyabr, 15:09

ADA Universiteti Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş Vətənimsən, Azərbaycan! adlı müsabiqəni 9-cu sinif şagirdləri arasında elan edir. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, artıq ikinci dəfə təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunması, onların ölkəmizin tarixi, ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyəti sahələrində biliklərinin artırılması, habelə şagirdlərin komanda şəklində çalışma bacarıqlarının inkişaf etdirilməsidir.

Qori Müəllimlər Seminariyası 1876-cı ildə Cənubi Qafqaz xalqları üçün ibtidai siniflərdə dərs keçmək üçün müəllimlərin hazırlanması məqsədilə yaradılıb. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə fəaliyyətə başlayıb. Bu bölmənin rəhbəri böyük maarifçi Aleksey Osipoviç Çernyayevski olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində bu bölməni yüzlərlə azərbaycanlı gənc bitirmiş və maarif ənənələrinin ölkəmizdə yayılması, uşaqların məktəblərə cəlb olunmasında əvəzsiz xidmətləri olmuşdur. Məzunların arasında Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə kimi dahi şəxslər də yer almışdır. Məhz bu səbəbdən, “Vətənimsən, Azərbaycan!” müsabiqəsi Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr olunmuşdur.

Müsabiqə 2024-2025-ci tədris ilində Qazax-Tovuz RTİ, Gəncə-Daşkəsən RTİ və Mərkəzi Aran RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında təşkil edilir.

Qeydiyyat: Müsabiqəyə qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu zaman şagirdlər göstərilən linkə daxil olaraq lazımi xanalarda öz məlumatlarını dolduraraq, imtahan verəcəkləri imtahan mərkəzlərini seçə bilərlər.

Müsabiqənin təşkil edilmə qaydaları: 

Müsabiqə 2 mərhələdən ibarətdir

I mərhələ - rayon/şəhər daxili - Bu mərhələdə onlayn qeydiyyatdan keçmiş şagirdlər iştirak edir:

  • Şagirdlərə 75 sualdan ibarət sual kitabçası təqdim olunur.
  • Suallar Azərbaycan tarixi, Ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair mövzuları əhatə edir.
  • Müvafiq olaraq, hər bir mövzu üzrə 15 sual təqdim olunur.
  • İmtahan 2 saat davam edir.
  • Bu mərhələdə hər bir regional təhsil idarəsi üzrə ən yaxşı nəticə göstərmiş 5 şagird növbəti mərhələyə keçir.

Final Mərhələsi - Müsabiqənin final mərhələsi “Nə? Harada? Nə zaman?” intellektual oyun formatında Qazax Müəllimlər Seminariyasında keçirilir:

  • I turun qalibləri öz məktəblərində (qalibin özü daxil olmaqla) 5 nəfərdən ibarət komanda yığır. I turun qalibi komandaya kapitanlıq edir.
  • Ümumilikdə 15 komanda formalaşdıqdan sonra final mərhələsi təşkil edilir.
  • Finala çatmış 15 komanda təyin olunmuş vaxtda Qazax Müəllimlər Seminariyasında müsabiqənin final mərhələsində iştirak edir.
  • İnteraktiv oyun şəklində keçirilən bu mərhələdə komandalara moderator tərəfindən ümumilikdə 20 sual səsləndirilir.
  • Hər bir sualı cavablandırmaq üçün şagirdlərə/komandaya 2 dəqiqə vaxt verilir. Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda qalib olur.
  • Ən yüksək nəticələri göstərmiş komandalar, müvafiq olaraq, I, II və III yerlərə layiq görülüb hədiyyə və sertifikatlarla mükafatlandırılır.

Müraciət üçün Onlayn Ərizə formasını doldurmaq lazımdır.

Qeydiyyat 15 noyabr 2024-cü il tarixinədək aparılacaqdır. Əlaqə üçün: qms@ada.edu.az  

Qeyd: Onlayn ərizəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq. 

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.