Paytaxt məktəbində şagirdlərin giriş qapısından çıxa bilməmələrinə dair yayılan görüntüyə aydınlıq gətirilib
Bakı şəhərindəki 89 nömrəli tam orta məktəbin şagirdlərinin axşam saatlarında giriş qapısının bağlı olması səbəbindən hasardan dırmanaraq çıxmaları ilə bağlı yayılan videogörüntüyə aydınlıq gətirilib.
Məktəbdən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, 28.10.2024-cü il tarixində ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb.
“Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə, həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir. Qeyd edək ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır”, - deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)