Bütün xəbərlər
test
30 oktyabr, 09:42

Oktyabrın 29-u Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə heyətlərinin Naxçıvan Dövlət Universitetində (NDU) müəllim və tələbələrlə görüşü keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb və ali təhsil ocağında təhsilin keyfiyyətinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, universitetin əsas prinsipi ali təhsil ocağını dünyanın qabaqcıl təhsil sistemlərinə inteqrasiya edərək Azərbaycan ali təhsil məkanında lider bir quruma çevirmək, tədqiqat potensialını artıraraq universitetin əmək bazarı və sənaye ilə əlaqələrini gücləndirmək eyni zamanda tədqiqatyönümlü tədris mədəniyyəti formalaşdıraraq tələbələr və əməkdaşlar arasında demokratik prinsipləri izləmək və vətəndaş məsuliyyətini inkişaf etdirməkdir. 

Vurğulanıb ki, NDU özünüqiymətləndirmə və təkmilləşdirmə istiqamətinə sadiq qalaraq  çoxşaxəli fəaliyyətini uğurla davam etdirir.

Sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun layihələri haqqında məlumat verib. Qeyd olunub ki, fondun əsas missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır. Bu istiqamətdə NDU-nun fəaliyyətini yüksək qiymətləndirən Elnur Nəsibov “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən də bəhs edib. Diqqətə çatdırılıb ki, “Tələbə Plus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov agentliyin fəaliyyət istiqamətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, agentlik təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması və təlimlərin təşkili, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstəyin təşkil edilməsi və bir çox sahələrdə xidmət göstərir.  
Sonra “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıq müqavilələri imzalanıb.  

Tələbə Plus layihəsi çərçivəsində imzalanan  müqavilədə Təhsilin İnkişafı Fondunun icra etdiyi müxtəlif layihələrlə bağlı universitetə aid əmtəə nişanından ali təhsil ocağı tərəfindən müəyyən edilmiş şərtlər əsasında istifadəsinin tənzimlənməsi və bir sıra mühüm məsələlər yer alıb. Müqavilədə eyni zamanda tələbə kartlarının  istifadə qaydası  qeyd olunub.     

IELTS imtahanına təşviq layihəsi çərçivəsində imzalanan əməkdaşlıq müqaviləsində Naxçıvan Dövlət Universitetinin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi işinin təşkilinə dair bir sıra müddəalar öz əksini tapıb. Həmçinin müqavilədə insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi ilə elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində IELTS imtahanında ümumi ortalama minimum 6.5 bal toplayanlara ödənişlərin geri qaytarılmasının təmin edilməsi yer alıb. 

Daha sonra Naxçıvan Dövlət Universiteti adında qonaqlara hədiyyələr təqdim edilib.

1 /6

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/d5a88cac-ea22-446f-a21b-7d85393a5634_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.19.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/8c5c2d55-d870-4d53-a532-6c8a9c38f83c_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.19%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/c6d63473-1216-4b24-9590-2ec4f184e3fa_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.19%20(2).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/0d1267b4-3a1d-424b-9dc0-9bf14f787ca8_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.20.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/4773618a-615a-421c-9707-1facd80cef22_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.18.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/30%20October%202024/0056ea55-096d-46c8-8e8b-07bb4d48da1f_WhatsApp%20Image%202024-10-30%20at%2009.33.18%20(1).jpeg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.