Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb.
İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər oktyabrın 29-dan noyabrın 7-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər vakant yerlər barədə məlumatla elan vasitəsilə tanış ola bilərlər.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)