Bütün xəbərlər
30 oktyabr, 11:40

Məlum olduğu kimi, oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib və festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb. Abşeron-Xızı regionunu təmsil edən STEAM mərkəzlərinin komandaları da müxtəlif kateqoriyalar üzrə festivalda iştirak edərək uğurlu nəticələr əldə ediblər. 

Saray STEAM Mərkəzinin 6 komandası Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının qalibi olub. Onlardan "Flight Fusion" komandası "FlyTech" kateqoriyası üzrə 1-ci, "Skyward Bound" komandası "CubeSat" kateqoriyası üzrə 1-ci, "GO GREEN TOGETHER" komandası "VidX" kateqoriyası üzrə 2-ci, "Stars of Nature" komandası "VidX" kateqoriyası üzrə 3-cü yerə layiq görülüb. Həmçinin "Flight Fusion" komandası "FlyTech" kateqoriyası üzrə "Friendly Team", "Kosmik Səyyahlar" komandası “CubeSat" kateqoriyası üzrə "Design award",  "The Stars of The Vex" komandası "VEX IQ" kateqoriyası üzrə "Build award" naminasiyası üzrə qalib olub. 

Yaşıl SAF 2024-də iştirak edən Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyinin “Technology titans” komandası "VEX İQ" kateqoriyası üzrə 1-ci, “Genius” komandası “Engineers of Future” kateqoriyası üzrə 2-ci yerin sahibi olub. “VEX SUN” komandası "VEX İQ" kateqoriyası, “Reeboters” komandası “VEX V5” kateqoriyası üzrə “Ürəklərin qalibi”, “Dragons” komandası "CubeSat" kateqoriyası üzrə “STEAM AWARD” nominasiyası ilə mükafatlandırılıb.  "FlyTech" kateqoryası üzrə “Swift Thunder” komandası “Jüri özəl” mükafatına layiq görülüb.

Xırdalan STEAM Mərkəzinin “Survivor” komandası “Engineers of Future” kateqoriyası üzrə 2-ci yeri qazanıb. Masazır STEAM Mərkəzinin "Code for Nature" komandası “Ecocoding” kateqoriyasında "Attractive Team" nominasiyası üzrə mükafatlandırılıb.

Saray STEAM Mərkəzinin "Flight Fusion" komandasının kapitanı və pilotu Emil Əlizadə: “Mən Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Mentorumuz Hüseyn Məmmədov, komandamızın digər üzvləri isə Əliyev Azər və Quliyeva Lalədir. Keçən il SAF 2023-ün “Boat racing” kateqoriyasının finalçı komandalarının birinin iştirakçısı idim və həmin yarışda məğlub olduqdan sonra özümə sadəcə tək bir söz verdim – SAF 2024-də birinci yerə layiq görüləcəm. Mənim üçün Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı 2 günlük bir məcarə kimi keçdi. Həm əyləndim, həm də öyrəndim. Məncə SAF yarışmasına doyum yoxdur. 1-ci yerə layiq olub səhnəyə çıxarkən yaranan həyəcan, fəxr hissi əvəzolunmazdır. Biz "FlyTech" ketoqoriyasında iştirak etmişdik və 8 düyümlük bir karqo dronu düzəltmişdik. Bizim layihənin əsas məqsədi formal bir yanğını söndürmək idi və burada 3 ədəd slaym topunu müəyyən koordinatlara atmalı idik. Tapşırığın öhdəsindən məharətlə gəldik və qızıl medal qazandıq”. 

Saray STEAM Mərkəzinin "Skyward Bound" komandasının kapitanı Nuray İmranlı: “Mən Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Mentorumuz və komandanın üzvü Hüseynova Könül, digər üzvü isə Quluzadə Sahibdir. Festivala bu il ilk dəfə qatılmağıma baxmayaraq əmin idim ki, layiqli yer tutacağıq. Qısa olaraq, hər şey çox gözəl idi. Səhnədə olan o unudulmaz anlar məndə xoş xatirə kimi qalacaq. Layihəmiz isə bir peyk modeli və CubeSat (süni peyk) düzəltmək idi. Layihəmizdə müəyyən yüksəkliyə qaldırılmış “CubeSat” bizə müxtəlif data məlumatları göndərməlidir və bu data məlumatlarının içində temperatur və nəmlilik, GPS koordinatları, 1 ədəd fotoşəkil, X, Y, Z boyunca əyilmə bucaqları göstərilməlidir. Bunun üçün çox çalışdıq. Sonunda da bəhrəsini gördük. "CubeSat" kateqoriyası üzrə festivaldada 1-ci yerə layiq görüldük. Ümid edirəm ki, SAF 2025-də də layiqli yer tutarıq”.

Xırdalan STEAM Mərkəzinin “Survivor” komandasının kapitanı Hacıbaba Vəlibəyov: “Mən Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının 5-ci sinfində oxuyuram. Mentorumuz Fatma Əyyubova, komanda yoldaşım Mehman Zamanlıdır. Biz “Engineers of Future” kateqoriyasında “Cuboro” seti üzrə çıxış edərək ən uzun yolu düzəldib çox xal qazanmağa çalışırdıq.  Festivalda 15 xal topladıq və 2-ci yerin sahibi olduq. SAF yarışmasında əməkdaşlığa xüsusi bal verilir. Mənim və komanda yoldaşımın əməkdaşlığı bəyənildiyi üçün bizə xüsusi bal verdilər və biz ikinci yerə nail olduq. Mən qarşıdan gələn illərdə də SAF yarışmalarına qatılıb birinci yerə layiq olmaq istəyirəm”.  

Masazır STEAM Mərkəzinin "Code for Nature" komandasının kapitanı Fatimə Həsənova: “Mən Abşeron rayonu Masazır kənd 6 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdiyəm. Komandamız iki nəfərdən ibarətdir – mən və komanda yoldaşım İsgəndərova Rüqəyya. Mentorumuz Aytac Əliyeva, koordinator müəllimimiz isə Cəmilə Malıyevadır. Bu festivala ilk dəfə qatılırdım və çox həyəcanlı idim. SAF 2024-də komanda yoldaşımla birlikdə "Attractive Team" nominasiyası üzrə mükafatlandırıldıq. Yarış çox maraqlı keçdi. Komandaların rəngarəng geyimləri, həyəcanları, Bakı Ekspo Mərkəzində bizi çox yaxşı qarşılamaqları, hamısı çox gözəl və yaddaqalan idi. Hətta rəsm guşələri də vardı. Özüm rəsmi sevdiyim üçün bu mənə çox maraqlı gəldi. Növbəti yarışlarda iştirak edəcəyəm və hədəfim daha böyük mükafatlar almaqdır”.

1 /3

Şərhlər

Xəbər lenti

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.