Paytaxt məktəblisi dünya çempionu olub
Bakı məktəblisi 31-ci "Skdun Shotokan Karate" dünya çempionatında birincilik əldə edərək çempion adını qazanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Eldar Bağırov Serbiyanın paytaxtı Belqradda keçirilən karate üzrə dünya çempionatında 53 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək dünya çempionu tituluna sahib olub.
Çempion məktəbli kubokla təltif olunub.
Qeyd edək ki, bu, Eldarın ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Dubayda keçirilən karate üzrə beynəlxalq turnirdə II, Yunanıstanda keçirilən 30-cu "Skdun Shotokan Karate" dünya çempionatında III yerə layiq görülüb.
1 /6
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)