Noyabrın 1-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə ekologiya ayı” layihəsinin yekun tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsindən ibarətdir.
Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, ətraf mühitin qorunması, uşaq və gənclərdə ekoloji tərbiyənin formalaşdırılmasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, elmi-bədii əsərlər, məqalə və kitablarla tanışlıq, ədəbi-bədii kompozisiyalar təşkil olunub, məktəblərdə ekoloji guşələr yaradılıb, intellektual oyun və müsabiqələr keçirilib.
1 /15
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)