Bütün xəbərlər
test
4 noyabr, 15:18

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Elm və Təhsil Nazirliyinə tabe qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

İdarədən “Azərbaycan müəllimi”nə məlumat verilib ki, təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müdir müavini Anar Qədiməliyev, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov və şöbənin əməkdaşları, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli, Baş Prokurorluğun prokurorları Ziya Hacıyev, Fərid Qarakişiyev, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova təlimin əhəmiyyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri N.Qələndərli mərkəzin fəaliyyəti, qurumlararası əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.

Baş Prokurorluğun prokurorları Z.Hacıyev və F.Qarakişiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru K.Kamilli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışıb, korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs ediblər.

Daha sonra təlim qarşılıqlı müzakirə əsasında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 /17

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/e64db8b8-e2a7-42fc-aaaa-6066c6713497_003-04.11.2024-2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/c801fca5-ce92-4e29-be1e-29e638663b03_003-04.11.2024-3.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/f55b693c-4d4f-4084-9c18-7b96f902ddd3_003-04.11.2024-4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/a52caa70-a2f1-44c7-9ce1-efe29814bcc1_003-04.11.2024-5.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/9f0b7d64-5197-4deb-b31e-d3542f49cb12_003-04.11.2024-6.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/3230bc01-6e26-427a-9b30-366c9a6e8b01_003-04.11.2024-7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/fb472f7a-87b6-4c07-a27d-27e760065f09_003-04.11.2024-8.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/07999587-9fd9-4a49-ac8d-dbb9299ee858_003-04.11.2024-9.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/a9684b61-f089-4747-b15e-8cc81904491f_003-04.11.2024-10.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/62a8bbe4-17a1-4e9c-b238-83d2add2fc1f_003-04.11.2024-11.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/ac352cf3-b9e4-46cd-9ca7-38aca3664885_003-04.11.2024-12.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/7c6fb595-ed7f-4c8b-91ae-f8dbd306e748_003-04.11.2024-13.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/ff996df6-19ec-43f4-ba3d-d7f18f0ce2fe_003-04.11.2024-14.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/9c59dd6e-e5fe-4188-95c9-516e7469799b_003-04.11.2024-15.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/8d30d72e-99a7-47c9-915f-f8220d839e4c_003-04.11.2024-16.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/e36af65b-9409-4934-bca0-e8b98bc47bfa_003-04.11.2024-17.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/2aaf545a-65a2-4e88-bd75-6eb062100840_003-04.11.2024-18.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.