Bütün xəbərlər
test
5 noyabr, 11:47

“Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsinin şəhər (final) mərhələsi keçirilir. 

Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqənin şəhər mərhələsində müəllimlər seçdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.

Qiymətləndirilmə zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, orijinallığı, nəzəri və praktik uyğunluğu, təqdimat forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, nəticə və təkliflər, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə nəzərə alınır. Hər bir meyar 5 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib olacaq. Müsabiqədə fərqlənən müəllimlər təşəkkürnamə ilə təltif ediləcəklər.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

1 /8

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/c1759544-166f-4d5f-b525-7f3b74a3e437_001-05.11.2024-2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/491c4f08-4c7b-4c71-9042-0a23ecd3e6d7_001-05.11.2024-3s.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/8b9d61af-422d-4863-9250-b493ea4e55d6_001-05.11.2024-4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/d8640190-7f65-4411-98e8-1a4440c5e30b_001-05.11.2024-5s.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/36b981b9-4eff-4770-97a1-60a2ad30e8ae_001-05.11.2024-6.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/a116e232-e027-425d-afa0-bbbc0c56fa47_001-05.11.2024-7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/0717368e-7cc3-4935-ac01-6627638f3845_001-05.11.2024-8.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/1c919751-9a8a-46ad-9026-7965c37099d8_001-05.11.2024-9.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.