Bütün xəbərlər
test
5 noyabr, 12:47

Rusiyanın Yekaterinburq şəhərində buraxılış işlərinin XXXIII Beynəlxalq baxış-müsabiqəsi (MOOSAO) keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, beynəlxalq müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələrində təhsil alan tələbələrinin seçmə buraxılış işləri də yer alıb. Bu il keçirilən baxış-müsabiqədə, 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub. 

Müsabiqədə AzMiU-nun Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev təmsil ediblər. AzMİU tərəfindən seçilmiş ən yaxşı buraxılış işləri beynəlxalq jüri heyətinə təqdim olunub.

Yarışmanın nəticələrinə əsasən, memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlara layiq görülüb. “Dizayn” ixtisası üzrə isə 4 iş I dərəcəli və 3 iş II dərəcəli diplomlarla təltif olunub. 

Bundan əlavə, 9 iş fərqlənmə diplomları ilə mükafatlandırılıb ki, bu da AzMİU tələbələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun bu baxış-müsabiqəyə qatılmaq ənənəsi artıq uzun illərə dayanır. Müsabiqənin əsası keçən əsrin 60-cı illərinə təsadüf edir və 60-a yaxın ali təhsil müəssisəsini bir araya gətirərək, beynəlxalq səviyyədə təcrübə mübadiləsi üçün mühüm platforma yaradır. AzMİU-nun bu ənənəvi iştirakının məqsədi, tələbələrin beynəlxalq arenada öz bacarıqlarını sərgiləmək, müasir memarlıq və dizayn tendensiyalarını öyrənmək, eyni zamanda Azərbaycanın təhsil sahəsindəki uğurlarını dünyaya tanıtmaqdır.

Bildirək ki, beynəlxalq baxış-müsabiqədə tələbələrin qazandıqları nailiyyətlər, onların peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetin beynəlxalq nüfuzunu da artırır. Gələcəkdə AzMİU, tələbələrini bu kimi mühüm tədbirlərdə daha geniş iştirak etməyə və uğurlarını davam etdirməyə təşviq edir.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.