Bütün xəbərlər
test
5 noyabr, 14:38

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar", eləcə də "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzularında tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası”nda ali təhsildə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb. Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır. 

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatları xüsusi vurğulayıb. Əminağa Sadıqovun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurludur. 

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxışında ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib. Turxan Süleyman ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasının zəruri olduğunu bildirib.

Tədbirin birinci hissəsinin yekununda Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Nüşabə Məmmədbəyova “Ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları”, digər əməkdaş Emil Səlimov isə “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzusunda müzakirələr aparılıb. 
Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib. 

Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Ardınca pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirə təşkil edilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, universitetlər yeni təcrübə modelinə dair təkliflərini bildiriblər.

1 /14

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/8714caaa-0d42-4e51-842e-b39a28c799c8_d3cb2785-0e50-499f-9e43-2785c8d5f2ea.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/27f7e556-b40e-4679-94d1-50174fca3705_3aab0ddb-02fe-4ef8-84d8-7074fbdc2d18.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/40665e2d-ad2a-419d-8879-21b371369edb_afe082e9-6430-4c2c-a2dd-81a0829a6220.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/2556a637-2a5d-4db7-b79f-ab9eea8e7b48_de08af82-bd6a-486c-8530-8248f59a1ed3.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/3c1d81bf-70a6-437d-a314-38c0adf9c838_6d3ed0e8-413a-4c70-af6b-95439104b1b3.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/9a1f279d-682c-403c-a1fa-fd448842c7dc_13eef52d-fced-403b-8645-dec240519b58.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/b2c8614c-3908-4233-90ca-c8b67a1672c3_33b96216-d3d0-4382-aa7f-bd455941589d.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/88b711f1-faff-4715-b372-81cd96a03bb0_4f96589b-5ce5-4d6a-b758-d2ca1fd8eb63.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/470d879f-d702-4937-9bf5-14ca13644359_0e0f0252-a40b-439c-8a79-d77fbec58213.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/3a51069e-30a0-419b-8d1d-0e5cfde314ea_87aad8b3-ec13-48a0-8c9e-c2444f9cf37b.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/ca12eabe-c152-4a80-a891-6f654bf6f12d_891e99eb-7112-4fd6-a64d-7a71334dd015%20(1).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/4264085c-f035-4b1b-8730-bd1904fb205c_85933510-f69e-4e18-aeca-0c39623a2c2b.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/d73d5ae3-7134-44ad-b748-be831acba528_084407fc-3609-4042-96db-53f647753d5a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/05%20November%202024/c17bdd11-58b0-4f2b-8c28-3099588fbcb3_472fb5dc-9204-4334-9d72-cd168a8912bd.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.