Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində 2 noyabrda Təhsil İnstitutunun strateji planlaşdırması üzrə təlim görüşü baş tutub.
Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd Təhsil İnstitutunun rəhbər heyəti və əməkdaşlarını strateji planlaşdırma dövrü, fundamental prinsip və metodologiyalar, əsas liderlik konsepsiyaları və təcrübələri, o cümlədən dəyişikliklərin idarə edilməsində ən yaxşı beynəlxalq təcrübələr ilə tanış etmək olub. Görüş zamanı iştirakçılar beynəlxalq miqyasda oxşar institutların təcrübələri ilə tanış olaraq Təhsil İnstitututun ortamüddətli strategiya sənədinin konturunu razılaşdırıblar.
Təlim layihənin ekspertləri Boris Curkoviç və Beata Çeuşka tərəfindən aparılıb.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)