“Beş fənn üzrə kurikulumun təkmilləşdirilməsi başa çatıb. Həmin yeni tədris proqramları elm və təhsil naziri tərəfindən təsdiq edilib. Səkkiz fənn üzrə kurikulumun təkmilləşdirilməsi prosesi davam edir. İnformatika fənninin təkmilləşdirilmiş kurikulumunun ilkin variantı hazırdır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bir müddət öncə "İnformatika fənninin məzmununda yeniliklər" mövzusunda keçirilən vebinarda deyib.
O bildirib ki, fənn kurikulumu üzrə edilən dəyişikliklər əsasında yeni dərs vəsaitləri hazırlanacaq. Yeni tədris proqramı tətbiq edilib şagirdlər bu proqram ilə təhsilini başa vurduqdan sonra edilən dəyişikliklərin (məzmunun) qəbul imtahanlarına salınması məsələsi nəzərə alınacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)