Bütün xəbərlər
test
6 noyabr, 10:22

5 noyabr tarixində Təhsilin İnkişafı Forumunda iştirak edən könüllülər Təhsilin İnkişafı Fondunun qonaqları olublar.

Fonddan “Azərbaycan müəllimi”nə bildirilib ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllülərinə Təhsilin İnkişafı Forumu zamanı göstərdikləri dəstəyə görə  təşəkkür edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Müzakirələrlə davam edən görüşün sonunda könüllülər 8 oktyabr 2024-cü il tarixində ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumunda aktiv könüllü fəaliyyətinə görə təltif ediliblər.

Xatırladaq ki, “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum hər il dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

1 /7

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/163c3e3a-1772-4a07-8d03-9d6d979fa2ff_1-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/303cb05b-df38-41db-a82b-69bf0db9e292_2-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/1ac1d5a6-fe7e-4f19-a493-48bc96defa66_3-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/9ab2ed10-a9d3-435d-8de5-7b350744203e_4-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/be612f0a-15e1-4ab4-91e6-1dfddfa86565_5-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/8f781fb7-dcdd-4322-b23d-ca2c632d8b13_6-1.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/a3e157e1-a3e4-4a91-a351-d918cd483c8a_8.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.