Bütün xəbərlər
test
6 noyabr, 11:10

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin IX, X və XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya və ağ ölüm” mövzusuna həsr olunmuş növbəti tədbir keçirilib.

Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət “Narkomaniya və ağ ölüm” mövzusunun məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına və qonaqlara rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin sağlam həyatın təminatı olduğunu, zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq şagirdləri sağlam həyat tərzi keçirməyə çağırıb.

Tədbirdə Binəqədi Rayon Polis idarəsinin rəisi polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, Binəqədi rayonunun 5-ci Polis bölməsinin rəisi polis polkovnik- leytenant Tuncay Abbasov, Binəqədi rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi İsa Həbibzadə, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis baş leytenantı Fərrux Həsənov, polis bölməsinin digər əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə şagirdlərə geniş məlumat verilib.

Narkomaniya cinayətkarlığa, zorakılığa yol açan, hazırda ciddi qlobal problemə çevrilən, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum edən pis vərdiş olduğunu vurğulayan polis polkovniki İlqar Məmmədov narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və onun yayılmasının qarşısının alınmasından danışıb. O, "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdıraraq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu bildirib. Polis polkovniki İlqar Məmmədov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğunu, ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük əhəmiyyət daşıdığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan polis polkovniki İlqar Məmmədov mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Çıxışının yekununda polis polkovniki İlqar Məmmədov ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini şagird və müəllim heyətinin diqqətinə çatdırıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanı, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini qeyd edib. Yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışıb.

Sonda Binəqədi Rayon Polis idarəsinin rəisi polis polkovniki İlqar Məmmədov tərəfindən mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/f50b2d80-d72b-4c9d-8f41-da7d46cc1247_Screenshot%202024-11-06%20110942.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/d564c92f-13b3-47ca-8570-fd117355508a_Screenshot%202024-11-06%20110959.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.