Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində intellektual yarış keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, yarışdan əvvəl ADPU GMA üzvü olan məzunlar və Assosiasiyanın İdarə Heyətinin üzvləri intellektual oyunlarda yaşadıqları maraqlı təcrübələri tələbələrlə bölüşüb, onlara dünyagörüşü və intellektual inkişafları üçün faydalı olacaq məsləhətlər veriblər.
Sonra məzunlar və tələbələrdən ibarət komandaların iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib. Maraqlı mübarizə şəraitində keçirilən 24 suallıq intellektual yarışın nəticələrinə əsasən qalib olan komandalar kitabla mükafatlandırılıblar.
Sonda ADPU THİK sədri Cəmilə Qurbanova təşəbbüskarlıq və əməkdaşlığa görə ADPU-nun Gənc Məzunlar Assossasiyasının sədri Eltac Cəbiyevə, yarışın keçirilməsində təşkilati dəstək göstərdiyinə görə Xəzər İntellektual Gənclər Klubunun rəhbəri, ADPU-nun məzunu Azad Manaflıya təşəkkür edib, qonaqlara hədiyyələr təqdim olunub.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)