Noyabrın 5-də Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 26 saylı körpələr evi – uşaq bağçasında rayonun tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin təşkili və planlaşdırılması xüsusiyyətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir zamanı məktəbəqədər təhsilin tədris – təlim prosesinin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)