Bütün xəbərlər
test
6 noyabr, 14:00

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “ADAU-nun Elmi Əsərləri” jurnalının 2024-cü il üçün nəzərdə tutulan III sayı dərc olunub.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

ADAU-nun Elmi Əsərləri jurnalı “ISSN 2310-4104” və “ISSN-L: 2790-5799” beynəlxalq standart seriya nömrələri ilə nəşr olunur.

Jurnalın məqsədi müasir elmin və aqrar siyasətin aktual mövzularına uyğun ümumi konseptual problemlərini nəzəri-praktiki cəhətdən ifadə edən orijinal məqalələrin nəşrinə üstünlük verməklə, aqrar sahədə yeni elmi biliklərin, o cümlədən innovasiyaların işıqlandırılması, elmi-tədqiqat nailiyyətlərinin elm ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Bugün elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin sürətləndirilməsinin zəruri hal almasını nəzərə alınaraq “ADAU-nun Elmi Əsərləri” jurnalı müasir standartlara cavab verən elektron saytla təchiz olunub və ümumilikdə jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 36 bənddən ibarət olan “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”inə uyğun dizayn olunub.

Qeyd edək ki, “ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısında üç fərqli elm sahəsində yer alır. Bunlar İqtisad elmləri, Biologiya və Aqrar elmlərdir.

Eyni zamanda jurnal Erih Plus, Crossref, Researchbib, Rootindexing, CiteFactor, I2OR, Advanced Science Index və s. kimi beynəlxalq indeks bazalarına daxildir. Jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur.

http://journal.adau.edu.az/
http://journal.adau.edu.az/journals/2024-3.pdf

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.