Bütün xəbərlər
test
6 noyabr, 20:45

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Aqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Cod for Future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimliyi və Riyaziyyat və informatika müəllimliyi üzrə IV  və V kurs tələbələri üçün Bakı Avropa Liseyinə ekskursiya təşkil edilib.

Bu barədə "Azərbaycan müəllimi'nə ADPU-dan məlumat verilib.

Ekskursiya zamanı ADPU tələbələri liseyin müasir tədris şəraiti, Bakı üzrə fəaliyyət göstərən Bakı Avropa Liseyi STEAM Mərkəzi, onlayn tədbir və video görüşlərin təşkili üçün nəzərdə tutulmuş konfrans zalı və kitabxana ilə tanış olublar.

Tələbələr liseydə tədris olunan “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edərək tədris prosesini müşahidə ediblər. Onlar dərs prosesi ərzində şagirdlərlə müzakirələr aparıb, fənnin tədrisinə dair praktik səriştələrə yiyələniblər.

Görüş zamanı Bakı Avropa Liseyinin rəqəmsal idarəetmə üzrə direktor müavini Rahilə Əliyarzadə tərəfindən tələbələrə “Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi – “FEMMES DIGITALES” və “Azərbaycan Qadınları İT-də Mükafatları - AWITA” haqqında ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Code for Future” layihəsinin təşəbbüsü ilə təşkil olunan bu fəaliyyətlər, gələcək müəllimlərin müasir təhsil metodları ilə tanış olması və peşəkar tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/07bad414-a1ef-4155-90bb-911e16afa82b_1000293604.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/918e68b9-0116-4b33-8405-105a6f1d8173_1000293603.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/4a376ae6-4ee3-4084-92fa-ca40edee0c95_1000293602.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/124a2ab8-7189-435e-8ed2-8f8c8b5cb16c_1000293601.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20November%202024/4f35433f-3c02-46b1-9107-9d16683c79c5_1000293600.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.